Azərbaycan
dilinin dövlət dili hüququ
qeyd edilməsinə baxmayaraq onun bu
hüququ tam mənası ilə təmin olunmurdu. Mətbuatda, radio-televiziya
verilişlərində, təlim-tədrisdə bu dilə geniş yer ayrılsa da, Moskvaya,
Sovet dövləti və Kommunist partiyası rəhbərliyinə xoş gəlsin deyə
respublikamızda rəsmi dairələrdə, təşkilatlarda, dövlət idarələrində
ana dilimiz işlədilmirdi, yazışmalar, rəsmi-kargüzarhq sənədləri bu
dildə aparılmırdı, ona sayğısızhq vardı. Sovet hakimiyyəti illərində
partiya və dövlət məclislərində, iclaslarda, qurultay, plenum,
konfrans, simpozium və sessiyalarda rəsmi sənədlər, mühazirə,
məruzə və çıxışlar rus dilində aparılırdı. VII-XVIII əsrlər arasında
yazılmış elmi əsərlər ərəb-fars dillərində idi, bu dillər eyni zamanda
dövlət və tədris dili idi. XIX- XX əsrlərdə isə bu missiyanı artıq rus
dili oynayırdı. 1920- 1991-ci illərdə rus dilinin SSRİ-də rəsmi dil kimi
qəbul edilməsi nəticəsində rus dili aparıcı dil, milli dillər isə ikinci
dərəcəli dil kimi fəaliyyət göstərirdi. Deməli, Azərbaycanda da
Azərbaycan dili məişət dili kimi işlədilirdi. Çox şükürlər olsun ki,
respublikamız müstəqillik qazanandan, 1995-ci il noyabrın 12- də isə
xalqımız referendum yolu ilə Azərbaycan Respublikasının
Konstitusiyasını qəbul edəndən sonra Azərbaycan dili, sözün həqiqi
mənasında rəsmi dövlət dili oldu. Burada yazılmışdır: "Azərbaycan
Respublikasının
dövlət
dili
Azərbaycan
Respublikası
Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq
Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan
Respublikası vətəndaşının borcudur". İndi Azərbaycan dili dövlət dili
kimi ölkəmizin siyasi, ictimai, iqtisadi.
20
elmi və mədəni həyatının bütün sahələrində işlədilir. Hər il avqust
ayının 1 -i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və
Azərbaycan dili günü kimi qeyd edilir.
Azərbaycan dili dövlət statusu alandan sonra dil üslubları da
işlənmə genişliyi qazandı, bədii və məişət üslubları ilə yanaşı elmi,
publisistik və rəsmi-kargüzarlıq üslubları da tam hüquqlu dil üslubları
kimi inkişafının yüksək səviyyəsinə doğru qalxmaqdadır. Dilsiz nitq,
nitqsiz mədəniyyətin olmadığını nəzərə alsaq, nitq mədəniyyəti də bu
axma qoşulmuşdur. Nitq mədəniyyəti 1920-1960-cı illərdə ən çox dil
mədəniyyəti, yazı mədəniyyəti terminləri ilə verilirdisə, 1960-cı ildən
sonra nitq mədəniyyəti artıq dilçiliyin müstəqil bir sahəsi kimi
fəaliyyət göstərməyə başlayır, 1978-1992-ci illərdə "Nitq
mədəniyyəti məsələləri" adlı məcmuələr nəşr etdirilir. Hazırda X
sinfin Azərbaycan dili dərsliyində nitq mədəniyyətinə xüsusi bölmə
aynimışdır.
Elmi-texniki inqilabın müvəffəqiyyətlə həyata keçirilməsində və
yeni insan tərbiyəsi kimi çox mühüm işdə normallaşdml- mış dil
quruculuğunun, yəni nitq mədəniyyətinin durmadan yüksəlməsinin
böyük əhəmiyyəti vardır.
Xalqımız sözü, gözəl nitqi, xüsusən də danışığı həmişə yüksək
qiymətləndirmişdir. "Xoş söz könül açar, ucuz söz qan qaraldar", el
arasında sözünün yerini bilənə, gözəl danışana "Dilinə qurban",
"Özünə də qurban, sözünə də", yersiz danışana, məqamını
gözləməyənə "Əvvəl düşün, sonra danış", "Dilin qurusun", "Nə özünü
bilir, nə sözünü", "Sözünü yeyəsən", "Ağzının qaytanı yoxdur",
"Ağzından qan iyi gəlir" - demişlər. Bir bayatıda "Məclisdə məqam
gözlə. Hər sözün öz yeri var" - deyə sözün məqamını gözləmək
tövsiyəsi verilir. Belə yanaşmaya atalar sözləri, zərb-məsəllər və
aforizmlərdə də rast gəlirik; "Dadlı söz dost qazandırar, acı söz
düşmən", "Danışan dağı aşar, danışmayan yolu çaşar", "İki dinlə, bir
söylə", "Sözü əvvəl ağzında bişir, sonra düşür". Bütün bunlar
Azərbaycan türklərinin - biz azərbaycanhlann qədim zamanlardan
sözə, sözün ecazkar qüvvəsinə, nitqə, danışıq qabiliyyətinə
münasibətini göstərir.
Z1
Nitq mədəniyyəti nitq anlayışı ilə paralel işlənsə də, onlar eyni
məzmunda deyildir. Ümumxalq səciyyəsi daşıyan dil və nitq xalq
mədəniyyətinin tərkib hissələridir. Xalqın mədəni inkişafı dildə daima
yeni söz və terminlərin yaranmasına səbəb olur. Mətbuatın, radio,
televiziya verilişlərinin kütləviləşməsi xalqın nitq mədəniyyətinin
yüksəlməsinə güclü təsir göstərir. Yeni-yeni söz və terminlərin,
xüsusən alınma sözlərin hesabına dilimizin lüğət tərkibi zənginləşir.
Bu sahədə elmi-texniki və idman terminləri çoxluq təşkil edir.
İnsanların ümumi mədəni səviyyəsinin inkişafı hesabına ədəbi dillə
xalq danışıq dili arasında yaxınlaşma sürətlənir və bu prosesin nəticəsi
olaraq xalqın nitq mədəniyyəti səlisləşir, nitq forması kimi
elmi-kütləvi üslub formalaşır.
Dil ünsiyyət vasitəsi, nitq isə ünsiyyət prosesidir. Dilsiz nitq
yoxdur. İnsan öz dünyagörüşü və savad dərəcəsindən asılı olaraq dilə
şüurlu münasibət göstərərək onun hazır modellərindən məqsədəuyğun
istifadə nəticəsində öz nitqini qurur. Deməli, nitq yalnız dilin ifadə
imkanları əsasında meydana gəlir.
Dilin və nitqin quruluşuna eyni meyarla yanaşmaq olmaz. Dilin
quruluşu onun böyük vahidi cümlədə öz əksini tapır, həm də o,
danışanın ifadəsindən, fərdi zövqündən tam asılı deyildir. Nitqin
quruluşu isə cümlədən başlanır, cümlələr silsiləsini, abzas- lan,
bütövlükdə fikrin tamamlanmasını bildirən mətni əhatə edir. Deməli,
dil sisteminin ən böyük vahidi nitq sisteminin ən kiçik vahidinə
çevrilir. Nitqin quruluşu danışanın təhsil səviyyəsi, dünyagörüşü,
fərdi zövqü və s. amillərlə bağlıdır.
Nitqin formalaşıb kommunikativ funksiya daşımasında bir sıra
fizioloji, psixoloji və ictimai amillər iştirak edir. Dilin nitqə
çevrilməsi çox mürəkkəb bir proses olub insanın sosial həyatla, onun
fiziologiyası və psixologiyası ilə əlaqədardır. Bunlann qarşılıqlı
əlaqəsi əsasında nitq axını fəaliyyətə başlayır. Hiss üzvləri, xüsusən,
eşitmə, görmə orqanları, danışıq üzvləri, xüsusən səs aparatı və
şüurun akkumulyatoru rolunu oynayan baş-beyin normal inkişaf
etməmişsə, dinləyib anlama, danışma, oxu və yazı formalannda
mütləq qüsurlar meydana çıxacaqdır. Əgər in
22
san hər hansı bir dildə danışıb yazırsa, əbyektiv və subyektiv tələbləri
nəzərə alaraq ənun bu dildən istifadəetmə üsulu nitq fəaliyyətini təşkil
edir. "Nitq, şəxsin müəyyən kəllektiv üzvləri ilə qarşılıqlı əlaqə
saxlamaq məqsədilə dildən istifadə etmək fəaliyyətidir. Nitqin əsas
məqsədi infərmasiya (məlumat, xəbər) mübadiləsi yaratmaqla
infərmasiyanm ötürülməsi və qəbul edilməsidir. Lakin bununla yanaşı
nitq infərmasiyanm qeydə alınması və saxlanılması məqsədinə də
xidmət edir" (M.Məhərrə- mov. Psixələgiya. Bakı, 1968, səh.110).
Dil və nitq anlayışlan bir-biri ilə qarşılıqlı əlaqədə olub bir- birini
tamamlasa da, ənlann tətbiq əlunma sahələri fərqlidir. Dil
mədəniyyəti anlayışı altında hər xalqın öz dilində fikirlərini ifadə edə
bilməsi nəzərdə tutulur. Hər dilin özünəməxsus fonem- lər sistemi,
zəngin lüğət tərkibi, sabit qrammatik quruluşu və yazı sistemi vardır.
Dil dəyişən, inkişaf edən ictimai hadisədir, dil mədəniyyəti də əna
uyğundur, dəyişkəndir. Elm və texnikanın inkişafı ilə əlaqəli dil yeni
yaranan söz və terminlər hesabına zənginləşir. Dil ictimai həyatda
qazanılmış bilik və məlumatların söz və cümlələrlə ifadəsi, fikir
mübadiləsinin ən ümdə vasitəsidir. Dilin bu xüsusiyyətini XVI əsrdə
yaşamış italyan yazıçısı Makiavelli - "Dil insana öz fikirlərini açıq
bildirmək üçün yox, gizlətmək üçün verilmişdir" - ifadə edirdi,
məşhur natiq Ta- leyran da elə o formada - "Dil fikri açmaq üçün yox,
fikri gizlətmək üçündür" - deyirdi. İmam Həzrət Əli söyləyib: "İnsan
öz dilinin altında gizlənibdir, danışmaymca onun ağıllı və ya ağılsız
olması bilinmir". Xalqımız haqlı olaraq deyir: "Dil insanın özüdür".
Dil öz daxili qanunları ilə tənzimlənir, yeni milli sintaktik
konstruksiyalar yaranır, köhnə ünsürlər, elementlər, formalar dilin
passiv fonduna keçir, ya da dildən çıxır. Obyektiv aləmdə,
cəmiyyətdə baş verən dəyişikliklər dilə təsir göstərir. Dilin vəzifəsi
yalnız fikir mübadiləsi aparmaq, informasiyanı ötürmək və qəbul
etmək, ünsiyyət vasitəsi olmaqla bitmir. Dil olmasa idi, bəşəriyyətin
mənəvi ruhu sayılan yazılı və şifahi ədəbiyyat xə
23
zinəsi, bütün dünyəvi və dini əsərlər yaranmaz, təbiətin sirləri hər
xalqda, hər əsrdə yenidən tədqiq olunardı, inkişaf yerində sayardı,
bütün bəşəriyyətin ixtiyanna verilməzdi. Bu xüsusiyyəti nəzərə alaraq
demək olar ki, dil təbiətinə görə bəşəri, yalnız xidmətinə görə millidir.
Fikir nitqlə ifadə olunur, nitqdə formalaşır. Dil və nitq arasında
əlaqə obyektiv zərurətdir, çünki dil öz varlığını nitqdə, nitq isə öz
mənbəyini dildə tapır. Nitq prosesi olmazsa dil, dil olmazsa nitq
prosesi təzahür edə bilməz. Nitq dilin inkişafı üçün şərait yaradır.
Dilin lüğət tərkibində və qrammatik quruluşunda baş verən yeniləşmə
nitqdə özünü göstərir. Nitqdə baş verən dəyişikliklər dildəki köhnə
sxemləri, modelləri yeniləşdirir və bu yeniliklər dildə öz əksini tapır.
Nitq bir şəxs tərəfindən söylənilir, başqaları tərəfindən dinlənilir. Nitq
prosesində hər kəs özü bacardığı şəkildə danışır, yazır. Axı nitqin
funksiyası ünsiyyət yaratmaq, məlumat çatdırmaq, həmsöhbət
tapmaqdır. Nitq də yalnız dil vasitəsilə ünsiyyətə xidmət edir.
Görkəmli Azərbaycan yazıçıları nitq və dil məsələlərinə xüsusi
diqqət yetirmişlər. Şah İsmayıl Xətai yazmışdır:
Dostları ilə paylaş: |