6.
Şərq natiqlik sənəti və
Məhəmməd Peyğəmbər
7.
Nəsrəddin Tusinin əxlaqa və natiqlik sənətinə aid əsərinin adı
nədir? Bu əsərdəki nəsihətlərdən ən çox yadınızda qalanlarını deyin
və fikrinizi bildirin.
Çalışma 5. Mətni oxuyun, yunan
və Roma natiqlik sənəti
banilərinin idmana olan münasibətini fiziki mədəniyyətlə
əlaqələndirin:
Bizim eradan əvvəl 776-cı ildə Qədim Yunanıstanda
idman
yarışları - Olimpiya oyunlan keçirilməyə başlamışdır. Yunanlar
arasında böyük marağa səbəb olmuş bu yanşlar dörd ildən bir, qədim
yunanlann "Olimpiya tanrısı" adlandırdıqlan Zevsin şəninə keçirilirdi.
Yunanıstan və Romanın böyük mütəfəkkirlərindən olan Sok- rat.
Platon (Əflatun), Demosfer, Siseron qocalana
qədər gimnastika ilə
məşğul olmuşlar. Bu, onlara uzun müddət məhsuldar fəaliyyət
göstəməyə köməklik göstərirdi. Böyük riyaziyyatçı Pifaqor idmanla
məşğul olaraq güclü atletə çevrilmişdi və Olimpiya oyunlannda iştirak
edərək
onun qalibi olmuşdu, buna görə ona sağlığında heykəl
ucaltmışdılar. Müdrik Sokrat idmanla bədənini möhkəmlədərək, qışda
qarda ayaqyalın gəzirdi. Onun bir kəlamı indi də işlədilir: "Sağlam
yoxsul xəstə padşahdan xoşbəxtdir"
Olimpiya oyunlarının qalibləri zeytun (dəfiıə) ağacından
düzəldilmiş
tacla təltif edilir, onların şərəfinə dövlətinin bayrağı
qaldırılır və dövlət himni səsləndirilirdi.
İdman millətin sağlamlığıdır, sağlamlıq isə insana verilən ən
böyük nemətdir. Millətimizin güclü, sağlam və məğlubedilməz olması
üçün gənclərimizin fiziki cəhətdən hazırlıqlı olması çox vacibdir.
Çalışma 6. Tərcümeyi-halınızı öz dialektinizə (şivənizə)
uyğun
yazın, ədəbi dillə dialektiniz arasındakı konkret fərqləri göstərin.
Çalışma 7. Ədəbi dilimizdə işlənməyən,
lakin dialektiniz
(şivəniz) üçün xarakterik olan bir neçə söz yazın, sonra onların fo-
16
netik, yaxud leksik cəhətdən fərqli əlduğunu ədəbi dildəki qarşılığı ilə
müəyyənləşdirin.
Dostları ilə paylaş: