Çalışma
20. Verilmiş sözlərin yazılışını tələffüzündən
fərqləndirin, orfəepiyası verilmiş sözləri transkripsiyada yazın;
gözlər, qəymullar, ayilə, tərpaq, ağacla, unudulmayıb, sonra,
atasından, adlamaq, gülmək, gözdər, qoymurlar, ailə, torpax, ağacnan,
unudulmuyub, səra, atasınnan, addamax, gülməy
Çalışma 21.
Tələffüz fərmasmda verilmiş aşağıdakı sözləri ərfəqrafiya nərmasma
uyğun şəkildə yazın;
(mayili), (feyil), (işdəx), (uşaxlıx), (qəun), (çəx-çəvir), (kənt- ti),
(arfayepa).
Çalışma
22. Mətndə fənetik nərmamn pəzulduğu sözlərin
altından xətt çəkin, düzgün variantını qarşısında mötərizədə yazın;
Dilimizdə işlənən "ədəbiyat" ərəb dilindəki "ədəb" sözün- dəndi.
Mənası "zərifliy", "gözəlliy", "tərbiyyə", "elim" və s. de- məkdi,
"hərif, "yazı", yəni həriflərdən ibarət yazı mənasmdadı.
"Ədəbiyat" sözünün ayid əlduğu sahələr çəxdu. Bədiyi ədəbiyat
bədiyi söz sənəti də adlanır və incə sənədin bir növü sayılır. Bədiyi
ədəbiyat öz varlığında sözə, həm də bədiyi sözə əsaslanır. Yəni bədiyi
ədəbyat həyətda, cəmiyyətdə rastlaşdığımız, şəhidi olduğumuz
hadisələri, əhvalatları necə varsa, elənçik də təqdim etmir. O, hadisə
və əhvalatlan bədiyi sözlərin vasitəsi ilə bədiyi dünən, bədiyi
lövhələmən əbrazlı şəkildə təsvir eləyir.
Bədiyi söz sənədi olan ədəbyat incəsənətin digər növləriy- çün
həm də siyasi müraciyət mənbəsidir.
Çalışma 23. Sözlərin çoxmənah, yoxsa omonim olduğunu izah
edin, omonimlərin mənalanm göstərin;
ayağ, ağıl, boy, qarı, don, ətək, ləpə, göz, baş, qəl, biz Çalışma 24.
Bir məsələdən ötrü dərslərdən icazə almaq məqsədilə dekana ərizə ilə
müraciət edin.
38
NİTQ MaDONİYYaTİ Milli
MaoaNiYYaTiN TaRKis Hissasi KiMi
Dil və mədəniyyət arasında qarşılıqlı əlaqə vardır. Bu bağlılıq
hesabına dil mədəniyyətə, mədəniyyət də dilin inkişafına öz təsirini
göstərir. Dil olmadan mədəniyyəti, mədəniyyət əl- madan da dilin
varlığını təsəvvür etmək çətindir. Maddi mədəniyyət abidələri,
ədəbiyyat və incəsənət əsərləri, cəmiyyət, din, dövlət quruculuğu,
sosial münasibətlər ümumbəşəri mədəniyyətin əlamətləridir. Odur ki,
mədəniyyəti insanların əsrlər boyu ictimai əmək prosesində yaratmış
əlduğu maddi və mənəvi sərvətlərin təplusu hesab etmək əlar.
Bütövlükdə götürdükdə mədəniyyət insanların maddi və mənəvi
fəaliyyətinin nəticəsi kimi təzahür edir. Bu təkamülün nəticəsi olaraq
insan həm özü, həm də onun əqli, zehni fəaliyyəti fiziki bacarığı və iş
qabiliyyəti ilə qovuşmuş, inkişaf etmiş yaratdığı maddi və mənəvi
sərvətlər də təkmilləşmiş, özündən sonra gələn nəsillərə
ötürülmüşdür. Təsadüfi deyildir ki, əcdadlarımızın ovçuluq,
dənizçilik, maldarlıq və s. sahələrində yaratdıqları ibtidai, elementar,
sadə əmək alətləri və onların divarlara, qəbirüstü daşlara, görünən
böyük qaya-daş üzərinə (məs; Qobustan təsvirləri) nəqş edilmiş
yazıları indi müasir dövrün müxtəlif ölçülü, tutumlu gəmiləri, balıq,
quş və ya heyvan ovlamaq üçün hazırlanmış alətlər, silahlar,
maşınlarla, neft və qaz sahəsində bütün dünyaya nümayiş etdirdiyimiz
layihə, təklif və əməli işlərimizlə, Bazardüzü zirvəsində, Arktika,
Antarktikada ümummilli liderimiz Heydər Əliyevin şərəfinə
sancılmış vımpellərlə, qoyulmuş barelyeflərlə, öz süni peykimizə
qədər əsrimizin tələb etdiyi elmi araşdırmalarla əvəzlənir. Bütün bu
tətbiqi işlər, elm və texnika sahəsindəki yeniliklərlə birgə Azərbaycan
xalqı da, onun oğul-qız övladlarının mənəvi-əxlaqi həyatı da dəyişir.
Azərbaycan vətəndaşı maddi və mənəvi sərvətlər yaratdığı kimi,
ümumbəşəri qanunauyğunluqlar əsasında özünü də dəyişdirir.
39
Mədəniyyətdə xalq yaddaşı, xalqın özü yaşayır, yaratdığı
mədəniyyətlə özünü soydaşlanna, dünyanın bugünkü və gələcək
nəsillərinə təqdim edir, sanki özünün pasportunu bəşəriyyətə nümayiş
etdirir. İnsan zəkası və əli ilə yaradılmış mədəniyyət onun yaradıcı
əməyinin məhsuludur. Lakin mədəniyyət bir şəxsin deyil, bir neçə
nəslin təcrübəsinin toplanması, onlann maddi və mənəvi fəaliyyətinin
nəticəsi kimi formalaşır. Deməli, mədəniyyət insanın (insanlann)
təbiətə, cəmiyyətə və eyni zamanda özünə, öz təfəkkürünə
münasibətdə yaranır.
Nəzakətli və ədəbli olmağı, gözəl davranış normalanna əməl
etməyi, savadlanmağı, ədəbiyyat və incəsənət əsərlərini başa düşüb
anlamağı və onlan təhlil etməyi, öz ixtisasına dərindən yiyələnməyi də
mədəniyyət adlandırırlar. Bu mənada deyirlər ki, mədəniyyət
insanlann maddi və mənəvi tələbatını ödəmək üçün fiziki və zehni
əmək prosesində yaradılmış nailiyyətlərin (sərvətlərin) toplusudur.
Mədəniyyət sözü insan fəaliyyətinin müxtəlif sahələrini özündə ehtiva
edir; xalq mədəniyyəti, milli mədəniyyət, nitq mədəniyyəti, yazı
mədəniyyəti, ziyalı mədəniyyəti, müəllim mədəniyyəti, idmançı
mədəniyyəti, həkim mədəniyyəti, yazıçı (şair) mədəniyyəti, musiqi
mədəniyyəti, ticarət mədəniyyəti, ailə mədəniyyəti. Qərb
mədəniyyəti. Şərq mədəniyyəti, əmək mədəniyyəti, iş mədəniyyəti,
istirahət mədəniyyəti, məişət mədəniyyəti, tələbə mədəniyyəti, siyasi
mədəniyyət, dövlətçilik mədəniyyəti, teatr mədəniyyəti, idman
mədəniyyəti, demokratik mədəniyyət, müraciət mədəniyyəti, dil
mədəniyyəti və s. və ilaxır.
Dil mədəniyyətin tərkib hissəsidir. Mədəniyyət kimi dil də
millətin, milli mədəniyyətin ən mühüm əlaməti, həm də xalqın milli
mədəniyyətinin, eləcə də nitq mədəniyyətinin ifadəçisidir. Dil və
mədəniyyət xalqın etnik birliyinin fərqləndirilməsində əsas ölçü
vahididir. Elə buna görə də biz qədim Yunanıstan mədəniyyəti, qədim
Roma mədəniyyəti, Fransa mədəniyyəti, Amerika mədəniyyəti,
Azərbaycan mədəniyyəti və s. ifadələrini işlədirik.
40
Mədəniyyət cəmiyyətlə, təsərrüfatla, ictimai, siyasi, iqtisadi və
ideoloji həyatla sıx bağlı əlduğundan insanlann ictimai şüurunda,
onların əxlaq və hərəkətlərində, fiziki və zehni fəaliyyətində öz əksini
tapır. Mədəniyyət maddi və mənəvi formada özünü göstərir, yəni həm
zehni, həm də fiziki əmək nəticəsində yaradıldığından biz ənlan gözlə
görüb, müşahidə edirik. Onlar insanların həm mənəvi ehtiyaclannm,
həm də gündəlik qayğıla- nnm ödənilməsinə xildmət edir. Buraya
əmək alətləri, ev əşyaları, geyim, bəzək əşyalan, döyüş silahlan,
idman ləvazimatı, incəsənət əsərləri, ədəbiyyat nümunələri, yazılı
sənədlər, din, etik və estetik qayda-qanunlar daxildir.
Mənəvi mədəniyyətin tərkib hissəsi əlan nitq mədəniyyəti
təfəkkür mədəniyyətidir. Hər bir xalqın yaratdığı maddi və mənəvi
sərvətlər ə xalqın milli mədəniyyəti sayılır. Milli mədəniyyətdə hər
bir xalqın özünəməxsus təfəkkür tərzi, mənəvi dəyərləri, özünü və
həyatı dərketmə - anlama şüuru, bədii-estetik duyumu, dünyagörüşü
öz əksini tapır. Bu silsilədə dilin özünəməxsus yeri vardır. Dil mədəni,
əxlaqi, dini, estetik normaların saxlanılması və gələcək nəsillərə
ötürülməsində yeganə olmasa da, aparıcı və əsas vasitələrdəndir.
Azərbaycan mədəniyyəti ümumbəşəri mədəniyyətin tərkib
hissəsidir. O, milli çərçivədə məhdudlaşıb qalmır, başqa millətlərin
mədəniyyətindən bəhrələnir və başqa xalqların mədəniyyətinə təsir
edərək onların formalaşması və inkişafına əvəzsiz xidmət göstərir.
Dahi Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəyovun musiqisinin
bütün Şərq xalqlarına örnək olması, Azərbaycan dilinin ətrafımızda
yaşayan xalqların - erməni, gürcü, çeçen, avar, ləzgi, kürd, talış və
s-lərin dilinə təsiri danılmazdır. Qarşılıqlı mədəni əlaqələr milli
mədəniyyətimizin inkişafına da öz müsbət təsirini hiss etdirir. Qərb və
rus simfonik və balet musiqisinin, rəssamlıq, boyakarlıq,
heykəltəraşlıq nümunələrinin Azərbaycan incəsənətinə təsiri çox
böyükdür. Belə münasibətlərin nəticəsidir ki. Qara Qarayevin, Fikrət
Əmirovun, Arif Məlikovun musiqisi. Tahir Salahovun
41
rəsm əsərləri dünya incəsənətinə dəyərli töhfədir. Bİz dünya
sivilizasiyasına inteqrasiya etməklə mədəniyyətlərarası əlaqələri
genişləndiririk.
Milli mədəniyyətin göstəricilərindən biri olan gözəl nitq (şifahi və
yazılı) dilin səlisliyini, ifadə imkanlarını bütün məziyyətləri ilə çatdıra
bilən yazıçılardan, söz ustalarından, natiqlərdən çox asılıdır. "Dədə
Qorqud
kitabı"nı,
Nəsimini,
Füzulini,
M.F.Axundovu,
C.Məmmədquluzadəni, M.Ə.Sabiri, Ü.Hacıbə- yovu və onlarla digər
söz-sənət korifeylərini dünyaya bəxş etmiş Azərbaycan xalqı bu dahi
sənətkarların söz incilərində zəngin nitq mədəniyyətinin varlığını
nümayiş etdirmişdir.
Hər bir azərbaycanlı - müəllim, həkim, nazir, tələbə, şəhərli,
kəndli nitq mədəniyyətinə dərindən yiyələnməli, ana dilimizdə
düzgün, gözəl danışmağa, savadlı, dəqiq, aydın yazmağa borcludur.
Öz dilini yaxşı bilməyəni, onun incəliklərini dərindən
mənimsəməyəm yüksək mədəniyyətli adam hesab etmək olmaz.
Dostları ilə paylaş: |