Makrodialoq
bədii əsərlərin quruluşunu əhatə edir. Dram əsərləri
makrodialoq əsasında yaradılır.
Dialoji nitqin beş dialoq forması qeyd edilir: 1) monoloji dialoq;
2) söhbət və ya danışıq dialoqu; 3) sual-cavab dialoqu; 4) müsahibə
dialoqu; 5) müzakirə dialoqu.
Monoloji dialoqun
iştirakçıları haqqında söhbət gedən hadisəni,
şəxsi və ya hər hansı əşyanı bütün təfərrüatı ilə
söyləyir,
onlara öz
mənfi və ya
müsbət münasibətini bildirir, haqqında danışılan şəxsi,
əşya və ya hadisəni öz müsahibinə, qulaq asanlara müxtəlif sübut və
dəlillərlə çatdırırlar.
Dialoji dialoqda intonasiyanın tez-tez dəyişməsi bədii vasitə kimi
əlavə sözlərə müraciət olunmadan danışığın emosionallığını,
təsir
gücünü artırır. Dialoji nitqin sual-cavab dialoqunda fikrin dinləyiciyə
aydın çatmasında danışanın zəngin söz ehtiyatına malik olması və
dilimizin qayda-qanunlarına mükəmməl yiyələnməsi başlıca şərtdir.
Sual
və
tapşırıqlar
1.
Yazdı nitqdə şifahi nitq ünsürlərini əvəz edən vasitələr nədir?
2.
Monoloji nitq özünü hansı formalarda göstərir?
3.
Monoloji nitqin yazılı forması ilə şifahi forması arasında
hansı fərqlər vardır?
4.
Monoloji nitq nədir, onun əsas keyfiyyəti nədən ibarətdir?
5.
Monoloji nitqin hansı növləri vardır?
6.
Dialoq nədir və nələrdən təşkil olunur?
7.
Dialoji nitqin formaları hansılardır?
8.
Dialoji nitq hansı şəkillərdə olur?
9.
Mikrodialoq nələrdən təşkil olunur və bədii əsərlərin hansı
janrlannda işlədilir?
10.
Makrodialoq nədir və hansı əsərlər makrodialoq əsasında
yaradılır?
Dostları ilə paylaş: