Baran, Məmmədə tərəf dartındı, Məmi Quloğlu onu saxladı:
-
Gəl gedək ə, hər gədə-güdəyə baş qoşma!
-
Görmürsən, dədəmə "qulaq" deyir köpək oğlu... Dədəmə Qulaq
deyənin ağzını cıraram...
Quloğlu, Baram özünə tərəf dartanda ayağı püştədə dişlənmək
üçün qoyulmuş dəyirman daşma ilişdi və o, ağzı üsdə yıxıldı... Baran
onun əlindən çıxıb Məmmədə hücum
çəkdi və ona bir şapalaq
ilişdirdi. Məmmədin yumruğu vurmağı ilə Baranın yerə sərilməyi bir
oldu. Məmi Quloğlu yerindən qalxıb Məmmədin üstünə cumdu.
Məmməd tez qaçıb dəyirmana girdi və qapını arxadan bağladı, sonra
dəyirmanın qapısının üstündəki balaca pəncərədən Baranla Məminin
üst-başlarının toz-torpağı- nı çırpa-çırpa yola düzəldiklərinə tamaşa
etməyə başladı. Baran bir az gedib dayandı, arxaya çevrilib sağ əlinin
şəhadət barmağını havada Məmmədə tərəf silkələyərək dedi:
-
Köpək oğlu,
bir dayan, gör sənin başına nə oyun açacağam?!
Məmməd daha cavab vermədi. Onlar uzaqlaşdılar. Məmi Baram
darta-darta apanrdı. Onlar gözdən itənə qədər Məmməd arxadan
baxdı. (Şamil Zaman. Qarabağları tərənnüm edirəm. Bakı,
2007,səh.128-129)
Dostları ilə paylaş: