sözləri, zərb-məsəllər, qaravəlli, tapmaca, nağıllar, bayatılar,
mahmlar, xalq əyım-tamaşalan şəklində işlənmişdir. Bugünkü şifahi
ədəbi dil ali və ərta məktəb müəllimlərinin, səhnədə aktyor- lann, söz
ustalannm, radiə və televiziya verilişlərində diktorların
və başqa
sahələrdə ziyahlann hesabına səlisləşir və zənginləşir. Şifahi nitqi
xarakterizə edən başlıca cəhət ənun eşidilməsidir. Bu nitq danışılan,
söylənilən, səslənən nitqdir. O, əl-qəl, bədən hərəkətləri, üz, göz, qaş,
dədaq (mimika) hərəkətləri və səsin ahəngi ilə müşayiət əlunur, başqa
cür desək, şifahi nitqdə danışan in- tənasiyadan, mimika və
jestikulyasiyadan istifadə edə bilir. Şifahi nitqin aynimaz hissəsi əlan
səsin ahəngi və bədən üzvlərinin hərəkətləri
sözlərlə verilən fikri
müxtəlif çalarda çatdırmağa əlavə imkan yaradır. Məsələn: "Bu oğlan
əla tələbədir" - cümləsini biz hiss, həyəcanla, ahəngdar səs tonu ilə
səsləndirib sağ əlimizi azacıq qaldıraraq və baş barmağımızı yuxan
tutmaqla bu tələbənin əla, başqalanndan çox seçilən bir oğlan
olmasına öz rəyimizi bildirmiş oluruq. Əgər həmin cümləni biz sual
intonasiyası ilə deyərək üst dodağımızı
bumumuza tərəf qaldmb,
yaxud üz- gözümüzü turşudub əl barmaqlarımızı azca qaldmb ani
tərzdə aşağı salmaqla həmin tələbəyə mənfi münasibətimizi bildirmiş
olarıq, həm də onun yaxşı tələbə olmasını şübhə altına alarıq. Biz bu
cümləni adi, nəql edilən intonasiya ilə deyib fikri təsdiqləyiriksə, onda
başımızı hörmətlə endirib qaldırırıq. Əgər bu fikirlə (oğlanın əla
tələbə olması ilə) razılaşmınqsa, başımızı qismən arxaya aparıb
gətiririk, bəzən də dilimizdə mənfi münasibət bildirən və "yox"
anlamında işlədilən "çık" vokativ səs-sözdən istifadə edirik.
Şifahi nitq eşitmə, dinləmə, qavrayış üçün nəzərdə tutulan səsli
nitqdir. Şifahi nitqin baş vermə səbəbi insanın beyin fəaliyyəti,
düşünmə qabiliyyəti ilə idarə olunur, danışıq üzvləri fəallıq göstərir,
danışan dinləyicilərinə təsir mexanizmi kimi intonasiya, mimika və
jestlərdən istifadə edir. Əgər səsin ahəngində elə bir ciddi dəyişiklik
yoxdursa, nitq adi nəqli cümlə intonasiyasından kənara çıxmırsa,
danışan öz nitqini ünvanladığı şəxsə
44
(şəxslərə) yox, baş aşağı, yerə və ya hər hansı
naməlum nöqtəyə
dikirsə, mimika və jestlərdən yararlanmırsa, belə nitq onun özünə də,
onu dinləyənə də sönük və lazımsız görünəcək. İntonasiyanın tərkib
hissəsi olan avazlanma, vurğu, fasilə, temp şifahi nitqin xüsusiyyəti
kimi çox əhəmiyyətlidir.
Nitq zamanı dinləyici danışana baxıb onun üz və bədən
hərəkətlərini görmürsə, səsinin ahəngini hiss etmirsə,
təkcə nitqin
məzmununu tutursa, bu artıq canlı danışıq və dinləmə deyil, yazılı
nitqi gözlə oxuma, baxma prosesidir. Oxucu yazıda müəllifin və ya
personajın monoloqunu oxuyub keçirdiyi hissləri, edəcəyi hər hansı
hərəkətini özünün qavrayacağı, anlayacağı şəkildə qiymətləndirir.
Şifahi nitqin xüsusiyyətlərini belə qruplaşdırmaq olar: 1) Şifahi
nitq söylənilir və eşidilir; 2) Şifahi nitqdə dinləyicilərin kimliyi nəzərə
alınaraq aydın, ümumişlək sözlərə üstünlük verilir; Ailə-məişət
üslubunda isə əlavə izaha ehtiyac qalmır; 3) Qısa və sadə cümlələr,
yarımçıq və elliptik, yaxud söz-cümlələr, replikalar əsas yer tutur; 4)
Nitq danışıq dili xüsusiyyətləri ilə səsləşir; 5) İntonasiya, fasilə, vurğu
və s. kimi vasitələrdən istifadəyə geniş yer ayrılır; 6)
Tələb olunan
məqamlarda mimika və ya jestlərə yol verilir; 7) Şifahi nitq axını
yazılı nitqə nisbətən sürətlidir. Lakin mövzudan, şəraitdən, nitqin
məqsədindən, danışanın yaşından, danışığın məcburi yaxud məsləhət
xarakterli olması hesabına sürət, temp,
sözlərin intensivliyi, fasilə
gözlənilir. Şifahi nitqin ən ümdə xüsusiyyəti, ailə-məişət sferası
istisna olmaqla, müəyyən məsələ haqqında xüsusi hazırlaşmadan,
bədahətən, sinə-dəftər danışmaqdır. Əlbəttə, qeydsiz-filansız nitq
söyləmək, çıxış etmək adamdan, sözün həqiqi mənasında, böyük
hünər, istedad tələb edən işdir.
Dostları ilə paylaş: