Suleyman-m teze qxd



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə25/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   21   22   23   24   25   26   27   28   ...   153
Nitq-mədəniyyəti(1)

mikrodialoq 
və 
makrodialoq 
formaları da vardır. 
Mikrodialoq 
bir neçə şəxsin qısa mükalimələrindən ibarət əlur. 
Mikrodialoqlara bədii əsərlərdə - epik növə daxil olan şifahi ədəbiyyat 
nümunələrində: təmsil, nağıl, əfsanə, lətifə və dastanlarda, eləcə də 
yazılı ədəbiyyat nümunələrində - xatirə, oçerk, hekayə, novella, 
povest və rəmanlarda rast gəlirik. 
51 


Makrodialoq 
bədii əsərlərin quruluşunu əhatə edir. Dram əsərləri 
makrodialoq əsasında yaradılır. 
Dialoji nitqin beş dialoq forması qeyd edilir: 1) monoloji dialoq; 
2) söhbət və ya danışıq dialoqu; 3) sual-cavab dialoqu; 4) müsahibə 
dialoqu; 5) müzakirə dialoqu. 
Monoloji dialoqun 
iştirakçıları haqqında söhbət gedən hadisəni, 
şəxsi və ya hər hansı əşyanı bütün təfərrüatı ilə söyləyir, onlara öz 
mənfi və ya müsbət münasibətini bildirir, haqqında danışılan şəxsi, 
əşya və ya hadisəni öz müsahibinə, qulaq asanlara müxtəlif sübut və 
dəlillərlə çatdırırlar. 
Dialoji dialoqda intonasiyanın tez-tez dəyişməsi bədii vasitə kimi 
əlavə sözlərə müraciət olunmadan danışığın emosionallığını, təsir 
gücünü artırır. Dialoji nitqin sual-cavab dialoqunda fikrin dinləyiciyə 
aydın çatmasında danışanın zəngin söz ehtiyatına malik olması və 
dilimizin qayda-qanunlarına mükəmməl yiyələnməsi başlıca şərtdir. 
Sual 
və 
tapşırıqlar 
1.
Yazdı nitqdə şifahi nitq ünsürlərini əvəz edən vasitələr nədir? 
2.
Monoloji nitq özünü hansı formalarda göstərir? 
3.
Monoloji nitqin yazılı forması ilə şifahi forması arasında 
hansı fərqlər vardır? 
4.
Monoloji nitq nədir, onun əsas keyfiyyəti nədən ibarətdir? 
5.
Monoloji nitqin hansı növləri vardır? 
6.
Dialoq nədir və nələrdən təşkil olunur? 
7.
Dialoji nitqin formaları hansılardır? 
8.
Dialoji nitq hansı şəkillərdə olur? 
9.
Mikrodialoq nələrdən təşkil olunur və bədii əsərlərin hansı 
janrlannda işlədilir? 
10.
Makrodialoq nədir və hansı əsərlər makrodialoq əsasında 
yaradılır? 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin