Suleyman-m teze qxd


NİTQ MƏDƏNİYYƏTİ VƏ QRAMMATİKA



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə13/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   9   10   11   12   13   14   15   16   ...   153
Nitq-mədəniyyəti(1)

NİTQ MƏDƏNİYYƏTİ VƏ QRAMMATİKA 
Qrammatika dilçilik sahəsi olub söz formalarını, onların dəyişmə 
və birləşmə qaydalarını, cümlə tərtibi məsələlərini öyrənən elmdir. 
Məlumdur ki, qrammatik quruluş hər hansı bir dilin varlığı üçün əsas 
şərtdir. Qrammatik quruluş dilin ümumi qanun- lan əsasında inkişaf 
edib formalaşır və təkmilləşir. Dilin qrammatik quruluşu sözlərin, söz 
birləşmələrinin dəyişməsi və birləşməsi, cümlələrin tərtib edilmə 
qanun-qaydalarının məcmusudur. 
Qrammatikanın morfologiya və sintaksis bölmələri birlikdə dilin 
qrammatik quruluşunu təşkil edir. "Bütün elmlərin qram- 
3Z 


matikaya ehtiyacı vardır. Qrammatikasız natiqlik kütdür, poeziya 
pəltəkdir" - deyən M.Lomonosov dil materialına münasibət 
məsələsində qrammatikanın rolunu həddən artıq yüksək 
qiymətləndirirdi. 
Nitq mədəniyyətinə yiyələnməkdə qrammatik qayda-qanunların 
gözlənilməsi düzgün tələffüz, intonasiya, fasilə, vurğu, ritm, diksiya 
kimi vasitələrlə vəhdət təşkil etməlidir. Qrammatik qaydaları üsluba 
uyğun olaraq işlətmədən nitqin kommunikativ keyfiyyət dəqiqliyi və 
məntiqliyini saxlamaq, nitqin anlaşıqlı və münasib verilməsinə nail 
olmaq çətindir. Beləliklə, aydın olur ki, nitq mədəniyyəti qrammatik 
qanunlar çərçivəsində öz həllini tapır. 
NİTQ MƏDƏNİYYƏTİ VƏ ÜSLUBİYYAT 
Nitq mədəniyyəti ilə üslubiyyat arasında qarşılıqlı əlaqə vardır. 
Üslubun yaranması dilin özünün inkişafı ilə bağlıdır. Dil üslubları 
dilin inkişaf səviyyəsindən asılı olaraq meydana gəlmişdir. Böyük 
yunan alimi Aristotel hələ eramızdan çox-çox əvvəl üslub məsələsini 
nitq mədəniyyəti ilə əlaqələndirirdi: "Üslubun qiyməti onun 
aydmhğmdadır. Əgər nitq aydın deyilsə, deməli, natiq öz məqsədinə 
nail ola bilməmişdir. Üslub nitqin mövzusuna uyğun gəlməlidir". 
Üslubiyyatın tarixi Azərbaycanda bir elm sahəsi kimi XX əsrin 
20-ci illərindən başlayır. Bu gün dil üslubları çox və rəngarəngdir: 
akademik üslub, dialoq üslubu, monoloq üslubu, realist üslub, 
romantik üslub, funksional üslublar, poetik üslub, şair və ya yazıçının 
fərdi üslubu və s. kimi çoxlu üslub növləri vardır. 
Nitq mədəniyyəti və üslubiyyat sözlərin və qrammatik formaların 
nitqdə işlədilməsi keyfiyyətini və imkanlarını araşdırıb tədqiq edir. 
Dilin lüğət tərkibi, orfoqraflya və orfoepiya məsələləri, sözlərin məna 
çalarları üslubi rəngarənglik, sinonimlik və s. kimi məsələlər həm nitq 
mədəniyyəti, həm də üslubiyyəatm öyrəndiyi sahələrdir. 
33 


Nitq mədəniyyəti ilə üslubiyyatı eyniləşdinnək və ya üslu- biyyatı 
nitq mədəniyyəti predmetinin içərisində əritmək düzgün deyildir
amma nitq mədəniyyəti üslubiyyatm bir sıra məsələlərini də əhatə 
edir, üslubun düzgünlü}dinə qiymət verir. Deməli, nitq mədəniyyətini 
üslubi normalardan məqsədəuyğun istifadə olunması və ifadəlilik 
məsələləri 
maraqlandırırsa, 
üslubiyyatı 
dil 
vahidlərinin 
leksik-semantik əlaqələri, üslubi imkanları, söz- yaratma və söz 
işlətmənin normativliyi, funksional üslubları nəzərdə saxlayır. 
Deməli, üslubiyyat dil və nitq üslublarını, nitq mədəniyyəti isə müasir 
ədəbi dil çərçivəsində söz və qrammatik formaların nitqdə işlədilmə 
imkanlarını, onların əlverişliyini, uyğunluq, düzgünlük, səlislik, 
ifadəlilik kimi keyfiyyətlərini, dil sisteminin emosional-ekspressiv 
çalarlarını, bədii ifadə və təsvir vasitələrinin formalaşması və 
təkmilləşməsinə təsir göstərən amillərin qarşılıqlı əlaqələrini öyrənir. 
Bədii-üslubi mahiyyət daşıyan obrazlı ifadələri, sözlərin məna 
qruplarını və üslubi laylarını əhatə edən dil vasitələri - çox- mənah 
sözlər, sinonim, omonim və antonimlər, cinas və ya təzad yaratmağa, 
mənanı qüvvətləndirməyə, təkrardan qaçmağa xidmət edən və s. kimi 
məsələlər ən çəx leksik üslubiyyatla bağlıdır. 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin