Suleyman-m teze qxd



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə31/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   27   28   29   30   31   32   33   34   ...   153
Nitq-mədəniyyəti(1)

Mühazirəçi 
(lektor) oxuyacağı, izah edəcəyi mövzunu əvvəlcə 
müəyyən plan üzrə qeydlərlə özü üçün hazırlayır, mühazirəni 
oxuyarkən ondan istifadə edir. Həm ali məktəb mühazirələri, həm də 
kütləvi (müəyyən yerlərdə, müəyyən mövzularda, məsələn, ölkə 
həyatına, xüsusən, ölkə prezidentinin əməli siyasətinə aid məsələlərə 
həsr olunmuş) mühazirələr konkret faktlara əsaslandığı üçün 
mühazirəçinin (lektorun) ustalığı nəticəsində maraqla qarşılanır, 
ümumi işin xeyrinə olur. Belə mühazirələrdə ara-sıra dialoji nitq 
elementlərinə də yer verilir. 
Məruzə ilə mühazirə arasında müəyyən fərqlər vardır: 
1)
Məruzəçi çıxış edərkən adamlar qarşısında mövzusuna görə 
məsuliyyət daşıyır, mühazirəçi isə sərbəstdir. O, mövzunu da, şərh və 
izah üslubunu da seçməkdə azaddır; Mühazirə də, məruzə də elmi 
mövzuda ola bilər; 
2)
Məruzə fərdi xarakter daşıyır, buna görə də mühazirəçi 
dinləyicilərindən daha hazırlıqlı olur, mövzunu dinləyicilərə nisbətən 
daha dərindən bilir. Mühazirə isə ümumi xarakterlidir, mühazirəçi 
mövzunu, demək olmaz ki, dinləyicilərin hamısından yaxşı bilir, 
üstünlük müəyyən fakt və rəqəmlərin gətirilməsində ola bilər. 
3)
Məruzə müzakirə olunur, onun əsasında qərar qəbul edilir. 
Əgər bu, ali məktəbdə baş verirsə, məruzənin ya özünün, ya da 
tezisinin nəşri tövsiyə oluna bilər. Mühazirə müzakirə obyek 
S9 


ti deyil, haqqında qərar qəbul olunmur. O oxunur, dinlənilir. 
Mühazirəyə aid suallar verilə bilər; 
4)
Mühazirə növündən asılı olaraq bir fənnin hansısa mövzusuna, 
ictimai (sosial) və siyasi həyatla bağlı kütləvi mövzuya həsr oluna 
bilir. Məruzə isə, adətən, elmi və siyasi (prezidentə məruzə etmək, 
onu məlumatlandırmaq mənasında) olmaqla bir neçə problemi 
gündəmə gətirir; 
5)
Mühazirədə natiq (lektor) öz mövqeyini, siyasi baxışını 
bildirməkdə azaddır, məruzədə isə müəyyən ölçü gözlənilir. 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin