Suleyman-m teze qxd



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə32/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   28   29   30   31   32   33   34   35   ...   153
Nitq-mədəniyyəti(1)

Sual və tapşırıqlar 
1.
Monoloji nitqin natiqlik üslubunda ən çox yayılmış növləri 
hansılardır? 
2.
Məsul şəxs qarşısında başqalarının monoloji nitqi necə 
adlanır? Cavaba uyğun nümunələr gətirin. 
3.
Natiqin çıxışı, səsinin tonu, intonasiyası hansı hallarla 
bağlıdır? 
4.
Çıxışın tərkib hissələri hansılardır? 
5.
İfadəli hərəkətlər hansılardır və onlardan nə üçün istifadə 
olunur? 
6.
İfadəli hərəkətlərdən harada istifadə olunmur? Belə vaxtlarda 
bəs hansı vasitələr onlan əvəz edir? 
7.
Məruzə nədir və onun çıxışdan fərqi nədir? 
8.
Məruzə hansı üslublarda yazılır? Səbəbi nədir? 
9.
Məruzələrin növlərini deyin və misallar gətirin. 
10.
Mühazirə ilə məruzə və çıxış arasındakı fərqləri göstərin. 
Çalışma 35. Bir hadisə baş vermişdir. Siz də orada olduğunuz 
üçün bu haqda 
məlumat 
yazın. 
Çalışma 36. Mətni oxuyun, monoloji nitqin hansı növlərini əks 
etdirdiyini izah edin; mövzuya ad verin: 
Tədbiri giriş sözü ilə açan direktor Əhliman Axundov dedi: 
- Bu bayramın çox qədim tarixi var. O bizə ulu keçmişimizdən - 
zərdüştlük dövründən yadigar qalıb. Məlumdur ki, xalqımız keçmişdə 
zərdüştlük dininə sitayiş etmiş, odu müqəddəs sanmışdır. Bu bayram 
ərəfəsində ilaxır çərşənbələrində qalanan 
60 


tonqallar buna misaldır. "Ağırlığım, uğurluğum odda yansın", -deyib 
tonqalın üstündən atlanan insanlar bununla bəd nəzərləri, pislikləri, 
şər qüvvələri ədda yandırdıqlarına və yeni, təmiz həyata 
başladıqlarına inanclarını ifadə etmişlər. 
Sonra 
0
, sözü əvvəlcə qənaqlara verdi. 
Akif Kəriməv, "Kür-Xəzər" xeyriyyə cəmiyyətinin sədri: 
-
Xalqımızı, bütün türk dünyasını bu bayram münasibəti ilə təbrik 
edir, insanlara sülh, əmin-amanlıq, gənclərimizə vətən sevgisi, 
prezidentimizə güclü dövlət və ordu yaratmağı, Qarabağ probleminin 
tez bir zamanda həll olunması yolunda uğurlar arzulayırıq. 
Dünya Azərbaycanlıları Konqresinin nümayəndəsi Nadirə 
Orucova sözünə belə başladı: 
-
Bu bayram xalqımızın yaddaşında bərəkət, bolluq rəmzi kimi 
qalmışdır. Elə bu bayramın əsas rəmzlərindən sayılan yaşıl səməni də 
bunun ifadəsidir. Evdə səməni göyərdən insanlar bununla yeni ildə 
məhsullarının bol olacağına inanmışlar. Bayram süfrəsi də bol 
olmalıdır. Ən kasıb ailədə belə bayram süfrəsi açılmalıdır. Ləziz 
yeməklər bişirilməli, yumurta bəyanmah, süfrəyə yeddi növ çərəz, 
mer-meyvə düzülməli, ailədəki adamlann sayma uyğun şamlar 
yandınimahdır. Mən sizin hamınıza xalqımızın ən əziz bayramında 
əmin-amanlıq, bərəkətli tərpaq, can sağlığı, işıqlı gələcək 
arzulayıram. 
Məktəbin ağsaçlı müəllimi Əziz Rəhimov salona belə müraciət 
etdi: 
-
Bu bayram ərəfəsində ev-eşikdə, həyət-bacada təmizlik işləri 
görülüb, abadlıq yaradılmışdır, hər yanda səliqə-sahman göz əxşayır. 
Bağbanlar bağ-bağata əl gəzdiriblər, ağaclara qulluq göstərir, yeni 
tinglər əkirlər. 
Mən sizin hamınızı bu gözəllik, xeyirxahlıq, ümidlər və arzular 
bayramı münasibəti ilə təbrik edirəm. 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin