leksika, semantika, qrammatika, intonasiya və üslubiyyata hərtərəfli
bələd olmaqla yeni dil vasitələri düzəldib işlədirlər. Elə buna görə də
onların dili zəngin, obrazlı, ahəngdar və ifadəli nitq kimi yeni nəslə,
özlərindən sonra gələn sənətkarlara gözəl miras kimi ötürülür.
İnsan hisslərinə təsir göstərən, onu həyəcanlandıran, ruhunu
pərvazlandıran,
qəlbini ehtizaza gətirən, könlünü oxşayan nitq
ifadəlidir. Nitqin şüura təsiri dərəcəsinə görə şeir nəsrə nisbətən daha
güclü vasitədir. Şeirdə
bədiilik və obrazhhq yüksək, daha əyani və
güclüdür. İ.Nəsiminin, M.Füzulinin, M.P.Vaqi- fln, A.Ələsgərin,
M.Ə.Sabirin, S.Vurğunun şeirləri ifadəli nitqin gözəl nümunələridir.
Bu şeirlərdə bədii nitq forması zahirən çox sadə, leksikası,
intonasiyası və sintaksisi baxımından çox rəvan, oynaq və səlisdir. Bu
şeirlər sanki xalq musiqisi ilə harmoniya təşkil edir.
Nitqin ifadəliyi ünsiyyət mühiti ilə dilin struktur sahələri və üslub
sistemi ilə şərtləşir. İfadəli nitq təfəkkürlə, müraciət olunan şəxslə və
dili
yaxşı
bilməklə
onun
ifadəlik
imkanlarını
duyub
qiymətəndirməklə əlaqədardır.
Adi sözlərdən qurulmuş
Dostları ilə paylaş: