Suleyman-m teze qxd



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə56/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   52   53   54   55   56   57   58   59   ...   153
Nitq-mədəniyyəti(1)

(PAUZA) 
Nitq axını zamanı cümləyə fonosintaktik çalar verən fasilənin də 
xüsusi yeri vardır. Danışıqda tənəffüs məqsədilə edilən 
103 


fasilə fonetik-ritmik qrupun yaranmasında başlıca vasitədir. Tənəffüs 
nitq prosesi ilə bağlıdır və ona xidmət edir. Fasilə nitqi məntiqi məna 
daşıyan hissələrə bölməklə onun dəqiqliyinə, düzgünlüyünə
aydınlığına səbəb olur. Məsələn: Oxu, qardaşın kimi, tənbəl olma - 
Oxu qardaşın kimi, tənbəl olma; Gözəl qızın lenti hanı?- Gözəl, qızın 
lenti hanı? Əmiqızm yatmayıb ki, səni gözləyir - Əmi, qızın yatmayıb 
ki, səni gözləyir və.s. Bu cümlələrdə diqqəti çəkən fasilədir. Şifahi 
nitqdəki fasiləni yazıda durğu işarəsi (vergül) əvəz edir. Tənəffüs və 
durğu işarələri cümlənin mənasını dəyişdirə bilir. 
Cümlədə qarşılaşdırma bildirən 
amma, ancaq, fəqət, lakin, 
səbəb bildirən 
çünki 
bağlayıcılarmdan, bir sıra ədatlardan, 
artıq, 
hətta, bəri, qabaq, əvvəl, sonra, ötrü, ilə 
qoşmalarından, xitablardan 
sonra da fasilə edilir, yazıda onlardan əvvəl və ya sonra vergül işarəsi 
qoyulur. 
Əruz vəznində yazılmış əsərlərdə, xüsusən qəzəllərdə fasilə 
təfllələrini (təqtləri) gözləmək mütləq lazımdır. Hər bir təqtdən sonra 
edilən qısa və ya davamlı fasilə nitqdə xüsusi ritm yaradır. Məsələn: 
Qamu bimarinə canan/dəvayi-dərd edər ehsan,// 
Neçin qılmaz/mənə dərman/, məni bimar o sanmazmı?// (Füzuli) 
Kipriyin xəncərdir/, qaşların kaman// 
Yıxdığın acizə/ verməzsən aman,// 
Dedilər//, cəlladsan/, etməzdim güman,// 
Salacaqdır məni/ qana gözlərin,// 
(Ə.Vahid)
Nitq zamanı səsin müəyyən intervalda alçalıb yüksəlməsi 
melodiklik 
əmələ gətirir. Nitqin bu keyfiyyəti hissi hallann ifadəsinə 
xidmət edir, emosional həssaslığın göstəricisinə çevrilir. Cümlənin 
melodiyası əvvəlcə yüksək olur, sona doğru alçalır. Səs tonunun 
ucalıb enməsi yazıda durğu işarələri ilə tənzimlənir. Sual və nida 
işarələri ilə işlənmiş cümlələr səs tonunun yük- səklyi ilə seçilir: 
Məsələn: Haydı dəlilərim, bu gün dava günüdür! Dostum, bəs harada 
qalmışdın? 



Monotonluq 
nitq üçün pis əlamətdir. Belə danışıq tərzi 
dinləyiciləri yərur. Amma səs tənunun dəyişməsi, gah sual, gah da 
nida cümlələrinin işlədilməsi (bəş hay-küy deyilsə) rahat otu- ranlan 
əyadır, silkələyir, dinləyicinin marağını artırır. İfadəlili- yin incə 
vasitələrdən biri də səsin 
tembridir.
Ümumiyyətlə, dilimizin fənetik siseminə aid qaydalar nitqin 
gözəl, ifadəli əlmasmı şərtləndirən vasitələrdir. Nitqdə ədəbi tələffüz 
nərmalanna düzgün əməl olunması, danışıqda fasilə və 
durğu-intonasiya, vurğu, tembr, ritm kimi səs, tələffüz çalan nitqin 
ahəngdarlığına müsbət təsir göstərir, məzmunun aydın başa 
düşülməsinə köməklik göstərir, dinləyici və oxuculan maraqlandım, 
düşündürür. 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin