4.
Hərbi natiqlik.
Hərbi nitqə aiddir: a)
Həqiqi hərbi xidmətə
çağırılmış gəncləri, əsgərləri ruhlandırmaq, müqəddəs ana vətənimizi
qorumaq, xalqımızın firavan həyatını, təhlükəsiz yaşamasını təmin
etmək üçün hərbi komissann, müdafiə nazirinin çağınş nitqi; b)
Əsgərlərin hərbi andı; c) Hərbi nizamnamənin şərhi; ç) Komandirlərin
hərbçilər qarşısında çıxışı.
5.
Akademik natiqlik.
Akademiya
sistemində, universitet və
müxtəlif ali məktəblərdə,
elmi müəssisələrdə, beynəlxalq konfrans,
simpozium, treninqlərdə edilən məruzələr, çıxışlar, oxunan
mühazirələr, elmi rəy və dissertasiya müdafiəsində çıxışlar və s.
akademik natiqliyə daxildir. Bu, elm adamlarının
müxtəlif
toplantılarda, müdafiə şuralannda, müəllimlərin ali məktəb au-
ditoriyalannda,
elmi-praktik konfranslarda, savadlı və hazırlıqlı
apancı və diktorların ekran və efir qarşısında etdikləri nitqdir. Nitqin
bu növü yaradıcı xarakter daşıyır. Ziyalılar, alimlər, professor, dosent
və baş müəllimlər öz araşdırmalarını, tədqiqatlarını yazılı
(monoqrafiya, dərslik, dərs vəsaiti, məqalə) və şifahi (mühazirə,
məruzə, çıxış, məlumat) vasitələrlə məntiqli, ardıcıl, dəlil-sübutlarla,
ümumiləşdirmələr, nəticələrlə oxucu və dinləyicilərə çatdırırlar.
Dostları ilə paylaş: