Suleyman-m teze qxd


m  Natiqlik sənətinin digər sahələrindən  dini natiqliyi



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə66/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   62   63   64   65   66   67   68   69   ...   153
Nitq-mədəniyyəti(1)




Natiqlik sənətinin digər sahələrindən 
dini natiqliyi
(din 
xadimlərinin moizə və xütbələri, "Quran"dan ayə və surələrin 
oxunması, "Quran" tapşırma, ehsan və süfrə dualarının oxunması, 
axund və mollalann imamların müsibətləri haqqında çıxışları), 
bədii 
natiqliyi
(bədii axşamlarda şair və yazıçıların nitqləri; şair, yazıçı və 
bəstəkarlar haqqında mühazirə, məruzə və çıxışlar), 
səhnə natiqliyi, 
ekran və efir natiqliyini
qeyd etmək olar. (4, səh. 129) 
Ekran natiqliyi 
kütləvi informasiya vasitələrindən olan 
televiziya verilişlərinə aiddir. Yazılı və şifahi nitqin xüsusiyyətlərini 
özündə əks etdirən bu nitq monoloji və dialoji formalarda təzahür 
tapır. Televiziya verilişlərində nitqin məzmunu təsvirlər və mətnlərlə 
tamaşaçılara canlı çatdırılır. Çoxmilyonlu auditoriya üçün 
səsləndirilən bu nitq ədəbi dilimizin qaydalarına, xüsusən də onun 
orfoepik normalanna cavab verməli, diksiya baxımından aydın və 
təbii, effektivlik baxımından isə nümunəvi olmalıdır. 
Sual 
və 
tapşırıqlar 
1.
İctimai-siyasi natiqlik hansı mövzularda öz ifadəsini tapır? 
2.
Son bir ildə ölkə prezidentinin hansı çıxışını televiziyada 
dinləmisiniz və bu çıxış əsasında ictimai-siyasi nitqi necə xarakterizə 
edə bilərsiniz? 
3.
Diplomatik natiqliyi ictimai-siyasi natiqlikdən fərqləndirən 
nədir? 
4.
Məhkəmə natiqliyində ittihamçının nitqi nələrə əsaslanır? Bəs 
müdafiə olunanın çıxışı? Haçansa məhkəmə iclasında olmusunuz və 
ya haqqında eşitmisinizmi? Nələri qeyd etmək istərdiniz? 
5.
Həqiqi hərbi xidmətə çağırılan gənclər qarşısında hərbi 
komissarın çıxışı haqqında fikrinizi izah edin. O, nələri deməlidir? 
6.
Akademik natiqliyi sizə mühazirə oxuyan müəllimlərin 
timsalında xarakferizə edin. 
7.
İcfimai-məişəf natiqliyin bir növünü imifasiya edin. Nələrə 
yer vermək lazım olduğunu izah eməyə çalışın. 
116 


8.
Fonetik-orfoqraflk norma hansı nitq üçün əsasdır? 
9.
Şifahi nitqdə, əsasən, hansı cümlə tiplərindən istifadə olunur? 
10.
Cümlədə eyni köklü üzvlərin ardıcıl sıralanması nitq 
baxımından nə qədər münasibdir? Misallar gətirin və fikrinizi izah 
edin. 
11.
Ritorik suallardan hansı məqamlarda istifadə olunur? 
12.
Emosional nida və ədatlara aid nümunələr göstərin. 
13.
Dil, yoxsa nitq dəyişikliklərə çox məruz qalır? Son iyirmi 
ildəki dil dəyişikliklərini xatırlayın. 
Çalışma 
69. Aşağıdakı söz birləşmələrini cümlələrdə həm həqiqi, 
həm də məcazi mənada işlədin: 
ağzına su almaq, yoldan çıxmaq, əl qaldırmaq, dərs almaq, 
boynuna qoymaq, atası yanmaq, bumu göynəmək. 
Çalışma 70. 
Cümlələrdə frazeoloji birləşmələri onlara sinonim 
olan sözlərlə əvəz edin: 
qulaq asmaq, özündən çıxmaq, gözləri kəlləsinə çıxmaq, bel 
bağlamaq, dünyasını dəyişmək, gözləri yolda qalmaq, bumunun ucu 
göynəmək, tüstüsü təpəsindən çıxmaq, atası yanmaq. 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin