Suleyman-m teze qxd


ö  səsi uzanır: şöbə, şölə, mötəbər.  8



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə74/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   70   71   72   73   74   75   76   77   ...   153
Nitq-mədəniyyəti(1)

ö 
səsi uzanır: şöbə, şölə, mötəbər. 
8.
 
u saiti. 
a)

saiti alınma sözlərdə uzun tələffüz olunur: aludə, asudə. 
Füzuli, Səbuhi, ümumi və s. 
İ26 


b)
Bəzi sözlərdə ötəri, çox qısa tələffüz olunur: quruluş-[qur- luş], 
qurultay-[qrultay], burun-[brun] və s. 
9.
 
ü saiti. 
a)
ü 
saiti sual bildirən sözlərdə sual ədatı işlənmədikdə uzanır: 
Sən gördün? Özün götürdün? Qonaqları ötürdün? 
b)
Bir sıra sözlərdə qısa tələffüz olunur: tüfəng, bütün, qüsur, 
mürəkkəb. 
c)
ərəb-fars mənşəli sözlərin ilk hecasmdakı 
ü 
saiti ikinci hecada 
işlənən 

saitinə təsir edərək onu öz səs məxrəcinə gətirir: 
mühit-[mühüt], münbit- [münbüt], müdir-[müdür] və s. 
YANAŞI saıaH SAiTiaıiH raıarFOzl
 
1) Sözün tərkibində yanaşı gələn saitlər aşağıdakı kimi tələffüz 
olunur: 
a)
üa, üə 
səs birləşmələrində 
ü 
saitinin tələffüzdən düşməsi 
hesabına a,ə saitləri uzun tələffüz olunur: müasir-[ma:sir], müa- 
licə-[ma:licə], müavin-[ma:vin], müayinə-[ma:yinə], müamilə- 
[ma:milə], 
müəllif-[mə:llif], 
müəllim-[mə:llim], 
müəssisə- 
[mə:ssisə], müəyyən-[mə:yyən]. 
b)
ai, əi, oe, ue 
səs birləşmələri ilə yazılan sözlər tələffüz zamanı 
yanaşı gələn saitlərin arasına y samitinin artırılması ilə deyilir: 
ailə-[ayilə], bais-[bayis], dairə-[dayirə], daima-[dayima], dair-[dayir], 
Nailə-[nayilə], zəif-[zəyif], məişət-[məyişət], poe- ma-[payema], 
duet-[duyet] və s. 
Şagird və tələbələr orfoepik tələffüzün təsiri altında belə sözlərin 
yazılışını da orfoepik tələffüzlə yazaraq orfoqrafik səhvə yol verirlər. 
2. Açıq saitlə bitən çoxhecah isimlərə yönlük hal şəkilçisi 
artırıldıqda bitişdirici y samitindən əvvəlki açıq sait qapalı saitə keçir: 
anaya-[anıya], 
babaya-[babıya], 
nənəyə-[nəniyə], 
tələbə- 
yə-[tələbiyə] və s. 
Bu hal dialektlərdə təsirlik hal şəkilçini qəbul edərkən də 
müşahidə edilir: ananı-[amyı], nənəni-[nəniyi], xalanı-[xalıyı] və s. 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin