yur], işləyər-[işliyər], gözləyən-[gözlüyən], ovlayar-[ovluyar],
oynayanda-[oynuyanda] və s.
11.
Feilin indiki və qeyri-qəti gələcək zaman formalarının inkarı
ədəbi dilin qaydalarına
uyğun formada yox, şifahi nitqin tələbinə
uyğun tələffüz olunur və yazılır: yazmayır-yazmır, oxu-
mayar-oxumaz, gəlməyir-gəlmir, getməyər-getməz və s.
12.
Nəqli keçmiş zamanda 11 şəxsin təkində -mış'* şəkilçisinin ş
səsi deyilmir, cəmində isə ş samiti düşməklə yanaşı
həm də şəxs
sonluğu -sınız'* qısaldılmış -sız'* şəklində tələffüz olunur:
almışsan-[almısan],
gəlmişsən-[gəlmisən],
oxumuşsunuz-[oxu-
musuz],
getmişsiniz-[getmisiz],
oynamışsan-[oynamışan],
oynamışsınız-[oynamısız] və s.
13.
-ma/mə
şəkilçisindən sonra saitlə başlanan şəkilçi gəldikdə
inkarlıq bildirən şəkilçilərin saiti söz kökünün
ahənginə uyğun olaraq
qapalı saitlə əvəzlənərək tələffüz olunur: gəlməyim-[gəlmiyim],
almayasan-[almıyasan],
oxumaya-[oxumuya],
görməyim-[görmüyüm] və s.
14.
ilə
qoşması samitlə bitən sözlərdə -nan/nən şəklində tələffüz
olunur:
müəllimlə-[müəllimnən],
dostunla-[dostunnan],
anamla-[anamnan]. Arzu ilə-[arzuynan], ata ilə-[ataynan], [atey- nən]
və s.
15.
üçün
qoşması tələffüzdə ahəng qanununa tabe olaraq
əvvəlinci saitin düşməsi hesabına -çin'* şəklində tələffüz olunur:
atamız üçün-[atamızçın], vətən üçün-[vətənçün],
onun üçün-
[onunçun] və s.
Bu qoşma sonu açıq saitlə bitən sözlərdən sonra gəldikdə həmin
sait bitişdirici y samiti qarşısında e səsi ilə tələffüz olunur: ana
üçün-[aneyçün], nənə üçün-[nəneyçün], idarə üçün-[i- dareyçün] və.s.
Üçün
qoşması qapalı saitlər qarşısında bitişdirici y samitindən sonra
yalnız ilk saitini itirir: qutu üçün-[qutuy- çun], ütü üçün-[ütüyçün], su
üçün-[suyçun], inəyin südü üçün- [inəyin südüyçün]. və.s
Haqqında danışdığımız bütün bu fonetik qanun və hadisələr,
səslərin yer dəyişməsi və əvəzlənməsi saitlərin çox işlənməsi ilə
136
bağlıdır. Nitq axını zamanı müxtəlif məxrəcli səsləri tələffüz etmək
üçün danışıq
üzvləri daha asan, səlis, rəvan tələffüzə meyil- li
olduğundan səs təhrifləri - fonetik hadisələr meydana çıxır. Bəzi
məqamlarda bir səsin başqa birisinə təsir
edərək onu tamamilə öz
məxrəcinə, yaxud yaxın səs məxrəcinə salması özünü
Dostları ilə paylaş: