Çalışma 75. Verilmiş sözlərdə t samitinin tələffüzünü
fərqləndirin; nə üçün karlaşdığını və ya düşdüyünü izah edin:
ddstd Fəttah dost üstdən məftil Səttar neft dostlar taxta katta sərbəst növbətçi Çalışma 76. Cümlələrdə hərf və səs tərkibinə görə fərqlənən
sözlərin altından xətt çəkin, onları transkripsiyada yazın:
1) Səadət heç də əbədi deyildir; 2) Yazın gəlişi ilə təbiət qış
yuxusundan oyanmışdır; 3) Çiçəklərin ətrini iyləmək, quşların
nəğmələsinə qulaq kəsilmək, qızların gülüşünə heyran olmaq
istəyirsiniz; 4) Siz məndən - müəllimdən inciməkdə haqlı deyilsiniz.;
5) Əgər yüksək kredit balları toplasa idiniz, qrupunuzun oğlanları da,
qızları da sizinlə fəxr edər, hələ dadlı, südlü şokolada da qonaq
edərdilər.;
6
) Ana ilə mənə nə almışsan?; 7) Bizim qrup güclü
çətinliklərə səbrli oldu, uşaqlann hamısı tamamilə sərbəstlik
istəyirdilər, onlara daha heç nə lazım deyildi.
Çalışma 77. Cüdo üzrə beynəlxalq yanşda uğurla çıxış
etdiklərinə və Azərb.DBTİA-nın 80 illiyi münasibəti ilə 3 nəfər
tələbəyə rektorun əmri ilə
təşəkkür elan edin.
Çalışma 78. Misralardakı sözləri diqqətlə oxuyun, orfoqrafi- ya
və orfoepiya qaydalannm tez-tez əvəzlənməsinə fikir verin, bu halın
nə üçün baş verdiyini izah edin:
Yenə yaz olaydı, yollar, yoxuşlar.
Al-əlvan güllərdən naxışlanaydı.
O köçəri quşlar, nəğməli quşlar
Yenə eyvanıma uçub qonaydı.
Yenə Əhrabdakı evmiz olaydı. Sərdar
küçəsindən dönəydin bizə Ay ana, nə
qədər gör ildi, aydı Sən bizə
gəlmirsən, mənsə Təbrizə.
140
Sən Təbrizdən ayrı, uzaq sürgündə
Mən dost torpağında səni anmışam
Bu həsrətli ayda, həsrətli gündə
Bu böyük dostluğa arxalanmışam (Mədinə Gülgün.
"Yenə yaz olaydı" şeirindən)