miyyət daşıyır. Terminlilik elmi üsluba xasdır.
Lakin bədii və
publisistik üslublarda dar ixtisas sözlərinə
çox yer verilməsi qüsur
sayılır. Şifahi nitqdə isə şərait və məqamından asılı olaraq (dərsdə,
məşğələdə, mühazirə və ya məruzədə) terminlərə müraciət olunur.
Hər bir söz müəyyən semantikaya (mənaya) malik olduğu üçün
onun düzgün, yerində işlədilməsi nitq sahibindən asılıdır. Məsələn:
"ayağım büdrəyib yerə düşdüm"
cümləsində
düşdüm
sözü yerində
işlənməmişdir,
yıxıldım
deyilməli idi. Deməli,
söz öz yerində
işlənmirsə, fikir öz düzün ifadəsini tapmır,
nitq mədəniyyətinin tələbi
pozulur.
Orfoqrafiyada fonetik prinsip əsas götürülsə də, digər prinsiplər
də vardır. Bunların içərisində
morfoloji
prinsipin özünəməxsus yeri
və əhəmiyyəti vardır. Morfoloji prinsip yazıda
sözlərin qrammatik
tərkibini əsas götürür, yəni sözün və ya şəkilçinin bir tələffüz forması
orfoqrafiya üçün daha yararlı sayılır, sözün kökü və şəkilçisi yalnız
bir formada yazılır. Alınma sözlərin forma və məzmunca milliləşməsi
ədəbi dilimizin leksik mühitində
getdiyinə görə normada
dəyişkənliyin baş verməsi labüd olur.
İki samitin yanaşı gəldiyi bir sıra alınma sözlərin orfoqrafiya və
orfoepiyasmda şagird və tələbələr asan
tələffüz naminə samitlərin
arasına
bir
sait
artırmağa
çalışırlar:
zülm-[zülüm],
hökmdar-[hökümdar] və ya [hökmüdar], rəhmdil-[rəhimdil],
dövr-[dövür], kəsr-[kəsir], həbs-[həbis] və s.
Şagirdlər və tələbələr yanaşı gələn müxtəlif qoşa samitli sözləri
tələffüz
etdikləri
şəkildə
yazmağa
üstünlük
verirlər:
oktyabr-
Dostları ilə paylaş: