Suleyman-m teze qxd



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə87/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   83   84   85   86   87   88   89   90   ...   153
Nitq-mədəniyyəti(1)

çimərlik, duracaq, əyləc, 
yelçəkər, sərinkeş, tozsoran, soyuducu, dabankeş, açıqca 
və s. 
kimi sözlər daxildir. Bu tip sözlərin rus dilindəki qarşılığının hesabına 
yaranmasını məktəblilər və tələbələr bilməsələr də, orta və yaşlı nəsil 
yaxşı xatırlayır. Amma hərbiləşmə 
(mili- tarizm), 
köçkün 
(emiqrant), 
yetəsay 
(kvorum), 
çağdaş 
(müasir), 
yüzillik 
(əsr), 
durum 
(vəziyyət), 
özəlləşmə 
(xüsusiləşmə), 
soyqırım 
(genosid), 
soyad 
(familiya) 
və s. kimi sözlərin işlənməsində paralellik olsa da, 
saxlanc, dönəm, qaynaq, bölgə, öndər, soykökü, istilikölçən, 
bilgisayar, cangüdən, duyum, toplum, bağımsız 
və s. kimi işlənən 
leksik vahidlər xalqımızın müstəqillik qazanması sayəsində, özləşmə 
nəticəsində dilimizdə sabitləşməkdədir. Deməli, dildə yalnız uyğun 
qarşılığı olmayan sözlərin hazır şəkildə alınıb işlədilməsi zəruridir. 
Lakin dildə uyğun qarşılıq olduqda, yaxud onu düzəltmək mümkün 
olarsa, mənbə dildəkinə uyğun yaradılmalıdır. 
Dilin leksikasmda kəmiyyətinə görə ikinci yeri alınma sözlər 
tutur. Alınma leksika ədəbi dilin funksional üslubundan sayılan elmi 
üslubda üstün mövqeyə malikdir. Elmi üslubda işlənən alınma 
söz-terminlər elmi(sahə) ədəbiyyatda çoxluq təşkil edir, şifahi nitqdə 
isə elm adamlannm leksikonunda özünü göstərir. 
Dilin lüğət tərkibinə daxil olan terminlər adi ümumişlək sözlərdən 
fərqlənir. Elm və texnikanın inkişafı ilə əlaqədar Avropa dillərindən 
alınmış söz-terminlər elmin bu və ya digər sahəsində işlənir və həmin 
sahə ilə bağlı adamların nitqi üçün xarakterikdir. Məsələn; 
sirroz, 
infarkt, insult, miningit, miokard 
təbabətə, 
karatedo, uşu, 
kikboksinq, muay tay, xett-trik, xav- bek 
idmana; 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin