Çalışma
79. Diqqətlə oxuyun, əvvəlcə hərflərinin sayı səslərdən,
sonra isə səslərinin sayı hərflərdən çox olan sözləri ayrıca yazın:
inşaat, teorem, teatr, mənfəət, zəif, qıfıl, univermaq, təbii, ərizə,
zoorpark, Şövkət, quruluş, müasir, müəyyən, duet, Nailə, məşqçisiniz,
almışsan, müəllimlə, quzu üçün, qram.
Çalışma 80.
Cümlələrdəki antonimləri tapın və qarşı-qarşıya
yazın:
Qan düşmən dost olmaz.
Yata-yata yanımız ağrıdı, dura-dura belimiz qurudu. Yeddi
gün, yeddi gecə yemə-içmə oldu.
Gecənin xeyirindən gündüzün şəri yaxşıdır.
Ağlasan-ağlaram, gülsən-gülərəm,
Yaşasan-yaşaram, ölsən-ölərəm.
Çalışma 81.
Yaşadığınız binanın ətrafı tez-tez zibillənir.
Təmizliyi təmin etmək üçün mənzil-istismar idarəsinə sakinlər
adından təliqə yazın.
lEKSİK NORMA
Leksik normada
əsas prinsip işlədilən sözlərin mənaca
aydınlığıdır. Nitqin anlaşıqlı olması üçün sözlərin mənası danışana
da, dinləyənə də tam məlum olmalıdır. Danışan öz nitqində alınma
sözlərə və ya dialektizmlərə çox yer verərsə, onlann mənası, əlbəttə,
bütün dinləyicilərə eyni dərəcədə anlaşıqlı ola bilməz.
141
Kitablarda, lüğətlərdə müxtəlif yazı məxəzlərində sözləri, adətən,
bir variantda görürük. Amma xalq danışıq dilində və dialektlərdə
ədəbi dildə oxuduqlarımızm variantları da mövcuddur: "asan" əvəzinə
asand, hasan, hasand; "ev" əvəzinə əv, öy, öv; "pendir" əvəzinə penir,
pəndir; "deyil" əvəzinə dəyil, degil, döyü, döyül; "pəncərə" əvəzinə
pencərə; "ayaq" əvəzinə əyağ; "bıçaq" əvəzinə pıçax; "hökumət"
əvəzinə hökmət; "təcrübə" əvəzinə təcürbə; "indi" əvəzinə hindi;
"telefon" əvəzinə telfun; "şəkil" əvəzinə şikil; "əlbəttə" əvəzinə
həlbət, həlbətdə; "yenə" əvəzinə genə; "cümə" əvəzinə cuma; "yəni"
əvəzinə yanı və s.
Azərbaycan ədəbi dilinin lüğət tərkibi zəngin olduğuna görə
burada ümumxalq danışıq dilinə, yaxud dialekt və şivələrə məxsus
sözlərlə yanaşı alınma sözlərə - bir tərəfdən ərəb-fars mənşəli, digər
tərəfdən isə XIX əsrdən başlayaraq (M.B.Nadimin, Q.Zakirin,
M.F.Axundovun əsərlərində, H.Zərdabinin nəşr etdirdiyi "Əkinçi"
qəzetində və s.) rus dilindən və rus dili vasitəsilə dünya dillərindən
alınmış çoxlu söz və ifadələrə rast gəlirik. Deməli, dilimizin lüğət
tərkibi milli mənşəli və alınma sözlərdən ibarətdir. Milli mənşəli
sözlərdə orfoqrafik normalar onların bir variantlı tələffüzü üzrə
sabitləşməyə doğru getmişdir. Leksik-semantik normanın keyfiyyəti
istər danışıq dilindən gəlmiş milli sözlərdə, istərsə də alınmalarda
özünü qabanq göstərir. Milli mənşəli sözlərdə orfoqrafik normalar
onlann bir va- riantlı olmasını şərtləndirir.
Dilimizin lüğət tərkibində elə sözlərə rast gəlirik ki, onlar qədim
tarixə malik deyildir. Onlar, deyək ki, əlli il bundan əvvəl dilimizdə
olmamışdır, termin kimi də başqa dillərdən alınmamışdır. Dilçilikdə
özləşmə meyilli kimi meydana çıxan bu sözlər sözyaratma
hesabmadır. Alınma sözlərin dilə gətirilməsi əleyhinə yönəlmiş bu
proses alınmalar üçün qarşılıq tapmağı nəzərdə tutur. Özləşmə,
əsasən, söz sənətkarlarının xalq dilinə və Türkiyə türkcəsinə müraciəti
əsasında qarşılığı milli dilimizdə olmayan, oxşarlıq əsasında
sözyaratma prosesidir. Bir qismi ke
14Z
çən əsrin 70-ci illərindən sonra rus dilindən alınmaların kalka üsulu
ilə düzəlmiş variantlarıdır ki, bura
Dostları ilə paylaş: |