Kitablarda, lüğətlərdə müxtəlif yazı məxəzlərində sözləri, adətən,
bir variantda görürük. Amma xalq danışıq
dilində və dialektlərdə
ədəbi dildə oxuduqlarımızm variantları da mövcuddur: "asan"
əvəzinə
asand, hasan, hasand; "ev" əvəzinə əv, öy, öv; "pendir" əvəzinə penir,
pəndir; "deyil" əvəzinə dəyil, degil, döyü, döyül; "pəncərə" əvəzinə
pencərə; "ayaq" əvəzinə əyağ; "bıçaq" əvəzinə pıçax; "hökumət"
əvəzinə hökmət; "təcrübə" əvəzinə təcürbə; "indi"
əvəzinə hindi;
"telefon" əvəzinə telfun; "şəkil" əvəzinə şikil; "əlbəttə" əvəzinə
həlbət, həlbətdə; "yenə" əvəzinə genə; "cümə" əvəzinə cuma; "yəni"
əvəzinə yanı və s.
Azərbaycan ədəbi dilinin lüğət tərkibi zəngin olduğuna görə
burada ümumxalq danışıq dilinə, yaxud dialekt və şivələrə məxsus
sözlərlə yanaşı alınma sözlərə - bir tərəfdən ərəb-fars mənşəli, digər
tərəfdən isə XIX əsrdən başlayaraq (M.B.Nadimin, Q.Zakirin,
M.F.Axundovun
əsərlərində, H.Zərdabinin nəşr etdirdiyi "Əkinçi"
qəzetində və s.) rus dilindən və rus dili vasitəsilə dünya dillərindən
alınmış çoxlu söz və ifadələrə rast gəlirik. Deməli, dilimizin lüğət
tərkibi milli mənşəli və alınma sözlərdən ibarətdir. Milli mənşəli
sözlərdə orfoqrafik normalar onların bir variantlı
tələffüzü üzrə
sabitləşməyə doğru getmişdir. Leksik-semantik normanın keyfiyyəti
istər danışıq dilindən gəlmiş milli sözlərdə, istərsə də alınmalarda
özünü qabanq göstərir. Milli mənşəli sözlərdə orfoqrafik normalar
onlann bir va- riantlı olmasını şərtləndirir.
Dilimizin lüğət tərkibində elə sözlərə rast gəlirik ki, onlar qədim
tarixə malik deyildir. Onlar, deyək ki, əlli il bundan əvvəl dilimizdə
olmamışdır, termin kimi də başqa dillərdən alınmamışdır. Dilçilikdə
özləşmə meyilli kimi meydana çıxan
bu sözlər sözyaratma
hesabmadır. Alınma sözlərin dilə gətirilməsi əleyhinə yönəlmiş bu
proses alınmalar üçün qarşılıq tapmağı nəzərdə tutur. Özləşmə,
əsasən, söz sənətkarlarının xalq dilinə və Türkiyə türkcəsinə müraciəti
əsasında qarşılığı milli dilimizdə olmayan, oxşarlıq əsasında
sözyaratma prosesidir.
Bir qismi ke
14Z
çən əsrin 70-ci illərindən sonra rus dilindən alınmaların kalka üsulu
ilə düzəlmiş variantlarıdır ki, bura
Dostları ilə paylaş: