FONETİK NORMA
"Fonetika" yunanca "phonetike" sözündən olub, "səsə aid"
deməkdir, "dilin səs quruluşu", "səs tərkibi" mənasındadır. Dil- çilyin
bir bölməsi olan fonetika dilin səs sistemini, səs qanunlarını öyrənir.
Bir az da əhatəli desək, fonetika dil səslərinin dəyişməsini, səs-fonem
problemini, heca, vurğu, intonasiyanı, fo- netik qanun və hadisələri
araşdmr, nizama salır.
Ədəbi dilin səs sistemi müəyyən normalar əsasında tənzimlənir.
Sözlər ümumxalq dilində müxtəlif şəkildə deyilsə də,
115
ədəbi dildə ancaq bir variantda tələffüz olunur və yazılır. Sözün ədəbi
dildəki tələffüz qaydası
orfoepik norma,
yazılış qaydası isə
orfoqrafik norma
adlanır.
Orfoepik və orfoqrafik normalar birlikdə dilin fonetik quruluşu ilə
müəyyənləşir və
fonetik normanı
fəşkil edir. Deməli, sözün düzgün
tələffüzü və düzgün yazılışı fonetik norma daxilindədir.
Qrammatik normalar orfoqrafiyanın orfoepiya ilə əlaqəli
öyrənilməsində bir vasitədir, sözlərin düzgün yazılışına və tələffüzünə
yardımçıdır. Orfoqraflya qaydaları hamı, hər kəs üçün vahiddir.
Orfoqraflya yazıda ikiliyin (müxtəlifliyin) qarşısını alır. Orfoqraflya
ilə orfoepiya arasında fərqi aradan qaldıran, onlan bir-birinə
yaxınlaşdıran fonetik prinsipdir.
Dilimizdə bir sıra sözlərin tələffüzü ilə yazılışı arasında müəyyən
fərqlər mövcuddur. Elə sözlər vardır ki, onlan tələffüz edildiyi kimi
yazmaq, yaxud yazıldığı kimi tələffüz etmək səhvdir. Beləliklə,
fonetik norma iki formada özünü göstərir: sözün düzgün tələffüz
forması (orfoepiyası) və düzgün yazılış forması (orfoqrafiyası).
"Orfoepiya"
sözü yunan mənşəli olub, "orthos" "düzgün" və
"epos"
"nitq"
sözlərinin birləşməsindən yaranmışdır, "düzgün ədəbi
tələffüzü müəyyənləşdirən qaydalar sistemi", "tələffüz qaydalarını
gözləmə" anlamındadır.
"Orfoqraflya"
sözü də yunanca "orthos"
"düzgün" və "qrapho" "yazıram" sözlərindən yaranmışdır, “dildəki
sözlərin qəbul edilmiş düzgün yazılış qaydaları sistemi”, “yazı
qaydalarının öyrənilməsi” mənasında işlənir. Orfoepik yaxud
orfoqrafik norma pozulursa, nəticədə fonetik norma pozulmuş olur.
"Danışdığımız kimi yazmalı", yoxsa "yazdığımız kimi danışmalı"
sualı ədəbi dilimizin formalaşması və inkişafını düşünən bütün
yazıçılarımızı, dilçilərimizi, maarifpərvər ziyalılarımızı daim
düşündürmüş və XX əsrin 20-3 0-cu illərindən bu suala aydınlıq
gətirilmişdir. B.Çobanzadə, V.Xuluflu, Ə.Dəmirçizadə, M.Şirəliyev,
M. Hüseynzadə, Ə.Əfəndizadə, N.Abdullayev bu sahədə böyük
əməyi olmuş dilçi alimlərimizdir. Bir fikir qəti
120
şəkildə aydınlaşdırılmışdır ki, danışdığımız kimi yazmaq yazıda
hərc-mərclik yaratdığı kimi, yazdığımız kimi danışıq da nitqimizdə
bayalığa, "qumluğa" gətirib çıxarır. Bunlann heç biri mütləq
götürülməməlidir. Buna görə də onların hər ikisindən yazımız və
tələffüzümüz üçün ən optimal variant qəbul edilmişdir. Hazırda
yazımız da, tələffüzümüz də bu aspektdə qurulur, hər iki forma ədəbi
dilimizin həm şifahi, həm də yazılı formalarının xeyrinə olmaqla
inkişafı edib təkmilləşir.
Dostları ilə paylaş: |