Bu tədbirlərin forma, keçirilmə və qeyd edilmə şəraiti müxtəlif
olur: səsləndirilən fikirlər, rəylər, nitqlər öz ifadə tərzinə görə
bir-birindən fərqlənir.
Öz dövrü üçün hadisə sayılan bir şəxsin yubiley tədbirində
neçə-neçə kollektivin nümayəndələrinin iştirakı ilə keçirilən
yığıncaqda müəssisə, ali məktəb rəhbəri özü, əgər birinci şəxsə həsr
olunmuşsa həmin müəssisə, təşkilat, federasiya və ya
konfederasiyanın mötəbər şəxslərindən biri giriş nitqi söyləyir, sonra
əvvəlcədən müəyyənləşdirilmiş səlahiyyətli şəxslərə təbrik üçün söz
verilir, çıxışlar olur, xatirələr söylənilir, yubilyarm əmək
fəaliyyətindən, şəxsi keyfiyyətləridən, xalq və dövlət qarşısında
gördüyü işlərdən bəlağətlə, haqlı təriflərlə söz açılır. Belə tədbirlər
zamanı çıxışlarda ciddilik qorunur, amma zarafatlara yol verilmir.
Ailədə, dostlar, qohumlar arasında keçirilən yubiley və ad
günündə şənliyin səbəbkarı haqqında ürək sözləri deyilir, onun
mənəvi və iş keyfiyyətləri qeyd edilir, ailədə mövqeyi və qayğıları
xatırlanır. Bu tip təbrik və çıxışlar daha səmimi olur, yada salınan
hadisə və faktlar, səbəbkann xarakter cizgiləri incə yumorla, qanadlı
sözlər, obrazlı ifadələrlə emosional tərzdə səsləndirilir.
Şadlıq saraylarında keçirilən toy mərasimlərində yaxşı seçilmiş
masabəyinin nitqi daha təsirli, canlı və xoşagələn olur. Ma- sabəyi toy
məclisinin marağına rəğmən məzəli əhvalatlar söyləyir, gəlin, bəy və
onların yaxınları, eləcə də, ümumiyyətlə, ata, ana, gözəl qız, qadın,
məhəbbət haqqında bildiyi şeirləri, lətifələri özünəməxsus yumorla
musiqi sədalan altında xüsusi ahənglə ucadan səsləndirir. Şadlıq
saraylannda söylənilən nitqlərdə dilimizin bütün zənginlikləri, onun
ifadəli dil vasitələri məclis əhlinin ruhunu oxşamağa yönəlir.
Dəfn mərasimlərində söylənilən nitqlər həcmcə qısa və yığcam
olur. Məişət nitqinin bu formasında monoton ifadə tərzi insanları
düşündürən həyat və ölüm məsələlərinə, təskinedici və təsəlliverici
sözlər və cümlələrlə hüznlü, qəmli, təsirli şəkildə insanlara çatdırılır.
Dostları ilə paylaş: