müraciət-çıxışları əhatə edir. İstər Sovet hakimiyyəti dövründə,
istərsə də Müstəqillik illərində ulu öndərimiz, ümummilli lider
H.Ə.Əliyevin, hazırda Respublikamızın prezidenti möhtərəm
İ.H.Əliyev cənablarının ölkənin daxili və xarici siyasəti, ölkə
daxilində gedən ictimai-siyasi hadisələrlə bağlı çıxışları ictimai-
siyasi nitqin ən dəyərli nümunələridir.
2.
Diplomatik natiqlik.
Diplomatik natiqliyə dövlət başçısı və ya
xarici işlər nazirinin BMT-dəki çıxışları, mətbuat konfranslarında
siyasi məsələlərlə bağlı çıxışlar və diplomatik müsahibələr daxildir.
Diplomatik nitq öz xarakteri, forması və məzmununa görə
ictimai-siyasi nitqdən ciddi fərqlənmir. Prezidentin nitqi dövlətin
taleyüklü problemləri ilə bağlı olduğuna görə onda beynəlxalq
səviyyəli məsələlərin qoyuluşu, respublikanın mənafeyi baxımından
münasibəti öz əksini tapırsa, xarici işlər naziri BMT-də, ayrı-ayrı
ölkələrdə keçirdiyi mətbuat konfranslarında öz ölkəsinin siyasi
baxışını dünya birliyinə çatdırır.
Dostları ilə paylaş: