d)
Nəzərə çarpdınlan məntiqi vurğulu sözdən sonra: - Şair, sən
şahın hüzurundasan? - Bunu
sənsiz belə bilirəm, inan!
e)
Dialoqlarda replikalardan əvvəl: - Hə, muştuluq mənə nə
verəcəksən?
- Nəyim var ki, nə verim?! - Boyun ol,
gələcəkdə
verərsən.
ə) Vasitəsiz nitqdə müəllif sözündən əvvəl və sonra: Bunu, - Əli
dedi- buradan niyə götürməmisiniz?
Şagirdlər və tələbələr défis işarəsi ilə tireni qarışdırırlar. Défis
mürəkkəb sözlərin arasında qoyulur, tire isə iki ölkə, şəhər, coğrafi
məkan, vaxt, zaman arasındakı əlaqə
və münasibətləri göstərməyə
xidmət edən işarədir. Məsələn: Azərbaycan -Rusiya ticarət
müqaviləsi,
Rusiya-tran
müharibələri,
Bakı-Gəncə
qatan,
Baki-îstanbul reysi, Kür-Araz ovalığı, Samur-Dəvəçi kanalı,
2000-2010-cu illər və s. Bunlar mürəkkəb sözlər olmadığından arada
tire
işarəsi qoyulur, diqqətə çatdırılmaq üçün tələffüzdə fasilə ilə
ayrılır.
Dostları ilə paylaş: