Suleyman-m teze qxd



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə62/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   58   59   60   61   62   63   64   65   ...   153
Nitq-mədəniyyəti(1)

c)
 
Bəli, xeyr, yox, çox gözəl
kimi təsdiq və ya inkar bildirən 
sözlərdən sonra: - Çox gözəl, çox gözəl! Razıyam, inan! 
Nida cümlələri danışanın məqsədinə uyğun məna çaları yaradır, 
nitqin ekspressivliyini, emosionallığını artmr. Nidalar müxtəlif hissi 
halları ifadə edərək fərqli intonasiyalarla söylənilir: 

Pəh,pəh!
Əcəb söz eşitdik! Ay belə xoş gəlibsən, səfa 
gətiribsən! Ah, sən nə dəhşətli adamsan! 
Vay, vay! 
Nə yaman 
müşkülə düşdü işim, Allah! (M.Ə.Sabir) 
Sual və tapşırıqlar 
1.
Nitqin intonasiyası dedikdə nələri başa düşürsünüz? 
2.
Yüksək mədəni səviyyəli nitqin şərtləri hansılardır? 
3.
Nitqin ifadəliyi dedikdə nə başa düşülür? 
no 


4.
Nitqin düzgünlüyü, dəqiqliyi hamıdan tələb olunur. Bəs 
nitqin ifadəliyi necə? İfadəli nitq kimə aiddir? 
5.
Nitqin təmizliyi ədəbi dilin normalarına əsaslanmaq əsasında, 
yoxsa dil vasitələrinin təhrif olunması hesabına təmin olunur? 
6.
Nitqin əsas keyfiyyətləri hansılardır? 
7.
Fikrin aydın ifadəsinin ilkin şərti nədir? 
8.
Azərbaycan dilində hansı səslər işlənmə tezliyinə və 
kəmiyyətinə görə əsas yeri tutur? 
9.
Azərbaycan sözləri üçün hansı hecalar səciyyəvidir, səbəbi 
nədir? 
10.
Ahəng qanunu nitqin hansı keyfiyyətində əsas rola malikdir? 
Çalışma 67. Yazılışından fərqli tələffüz olunan səsləri 
müəyyənləşdirin: 
Bu bayram da sənsiz keçdi, ay ata, 
Daha bayramların duzu da yoxdur. 
Yeddi il olubdur görmürəm səni, 
Yaralı qəlbimin sözü də yoxdur. 
Ata, gələcəyəm yolumu gözlə, 
Yanında yer ayır, məni əzizlə. 
Necə darıxmışam deyilmir sözlə, 
Payız günlərimin yazı da yoxdur. 
Nəvələrim bal suyundan içsinlər, 
Seçib sevib yar evinə köçsünlər. 
Pərvazlanıb duma kimi uçsunlar, 
Qız-gəlinin kəsilməsin ayağı, 
Sözüm "Qızlar bulağı". 
Bənövşədən rəng alacaq gözləri, 
Görən balmı, şəkərdirmi sözləri. 
Hansı qəlbdən keçəcəkdir izləri, 
Şirin dillə bura yığın, qızlan. 



Allah, bu da öz bəndənə sirdinni? 
Qayalardan qəpan damcı dürdürmü? 
Dədəm Qərqud gəlib səni gördümü? 
Bu daşlara dəyibdirmi ayağı? 
Gözüm "Qızlar bulağı". 
Min gözələ işvə verdin, naz verdin. 
Sevənlərə bir ətirli yaz verdin. 
Ozanlara vəsf etinəkçün saz verdin, 
Qənaqlıdır, gəlimlidir hər çağın. 
Sazım "Qızlar bulağı". (Elmira Qasıməva. Şirin duyğu. 
Bakı, 2007, səh. 198) 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin