4.
Nitqin düzgünlüyü, dəqiqliyi hamıdan tələb olunur. Bəs
nitqin ifadəliyi necə? İfadəli nitq kimə aiddir?
5.
Nitqin təmizliyi ədəbi dilin normalarına əsaslanmaq əsasında,
yoxsa dil vasitələrinin təhrif olunması hesabına təmin olunur?
6.
Nitqin əsas keyfiyyətləri hansılardır?
7.
Fikrin aydın ifadəsinin ilkin şərti nədir?
8.
Azərbaycan dilində hansı
səslər işlənmə tezliyinə və
kəmiyyətinə görə əsas yeri tutur?
9.
Azərbaycan sözləri üçün hansı hecalar səciyyəvidir,
səbəbi
nədir?
10.
Ahəng qanunu nitqin hansı keyfiyyətində əsas rola malikdir?
Çalışma 67. Yazılışından fərqli tələffüz olunan səsləri
müəyyənləşdirin:
Bu
bayram da sənsiz keçdi, ay ata,
Daha bayramların duzu da yoxdur.
Yeddi il olubdur görmürəm səni,
Yaralı qəlbimin sözü də yoxdur.
Ata, gələcəyəm yolumu gözlə,
Yanında yer ayır, məni əzizlə.
Necə darıxmışam deyilmir sözlə,
Payız günlərimin yazı da yoxdur.
Nəvələrim bal suyundan içsinlər,
Seçib sevib yar evinə köçsünlər.
Pərvazlanıb duma
kimi uçsunlar,
Qız-gəlinin kəsilməsin ayağı,
Sözüm "Qızlar bulağı".
Bənövşədən rəng alacaq gözləri,
Görən balmı, şəkərdirmi sözləri.
Hansı qəlbdən
keçəcəkdir izləri,
Şirin dillə bura yığın, qızlan.
m
Allah, bu da öz bəndənə sirdinni?
Qayalardan qəpan damcı dürdürmü?
Dədəm Qərqud gəlib səni gördümü?
Bu daşlara dəyibdirmi ayağı?
Gözüm "Qızlar bulağı".
Min gözələ işvə verdin, naz verdin.
Sevənlərə bir ətirli yaz verdin.
Ozanlara
vəsf etinəkçün saz verdin,
Qənaqlıdır, gəlimlidir hər çağın.
Sazım "Qızlar bulağı". (Elmira Qasıməva. Şirin duyğu.
Bakı, 2007, səh. 198)
Dostları ilə paylaş: