Suleyman-m teze qxd



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə60/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   56   57   58   59   60   61   62   63   ...   153
Nitq-mədəniyyəti(1)

c)
 
Sıra sayları rəqəmlə yazıldıqda: 2-ci, 10-cu və s. 
ç) İzafət tərkiblərində: tərcümeyi-hal, tərzi-hərəkət, şəbi- hicran 
və s. 
d)
 
Əks, kontr, qeyd, qeyri, vitse, eks
sözlərindən sonra: qeyd- 
şərtsiz, qeyri-qanuni, əks-fənd, eks-çempion, kontr-admiral
vitse-prezident və s. 
5.
 
Tire: 
a)
Cümlə üzvünün əlavəsindən əvvəl: - Onun oxuduğu ali məktəb 
- universitet burada yerləşir. 
b)
Qarşılaşdırılan sözlərdən birincisindən sonra: Əsirlər - qocalar, 
cavanlar, yeniyetmələr kədərli idilər. 
c)
Həmcins üzvlərdən əvvəl gələn ümumiləşdirici sözdən sonra: - 
Onlar hər şeydən - ailədən, işdən, məhəbbətdən danışdılar. 
ç) Həmcins üzvlərdən sonra gələn ümumiləşdirici sözdən əvvəl: - 
Bu bizə atamdan, atamın atasından, babamdan - ulularımızdan 
yadigar qalmışdır. 
108 


d)
Nəzərə çarpdınlan məntiqi vurğulu sözdən sonra: - Şair, sən 
şahın hüzurundasan? - Bunu sənsiz belə bilirəm, inan! 
e)
Dialoqlarda replikalardan əvvəl: - Hə, muştuluq mənə nə 
verəcəksən? - Nəyim var ki, nə verim?! - Boyun ol, gələcəkdə 
verərsən. 
ə) Vasitəsiz nitqdə müəllif sözündən əvvəl və sonra: Bunu, - Əli 
dedi- buradan niyə götürməmisiniz? 
Şagirdlər və tələbələr défis işarəsi ilə tireni qarışdırırlar. Défis 
mürəkkəb sözlərin arasında qoyulur, tire isə iki ölkə, şəhər, coğrafi 
məkan, vaxt, zaman arasındakı əlaqə və münasibətləri göstərməyə 
xidmət edən işarədir. Məsələn: Azərbaycan -Rusiya ticarət 
müqaviləsi, 
Rusiya-tran 
müharibələri, 
Bakı-Gəncə 
qatan, 
Baki-îstanbul reysi, Kür-Araz ovalığı, Samur-Dəvəçi kanalı, 
2000-2010-cu illər və s. Bunlar mürəkkəb sözlər olmadığından arada 
tire işarəsi qoyulur, diqqətə çatdırılmaq üçün tələffüzdə fasilə ilə 
ayrılır. 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin