Suleyman-m teze qxd



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə53/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   49   50   51   52   53   54   55   56   ...   153
Nitq-mədəniyyəti(1)

alagöz, qa- raqas. 
Həsənoğlu, yadelli, əlyazması, boyunbağı, beşillik. ayaqqabı, 
ilanbalığı. qaymana 
tipli mürəkkəb sözlərdə vurğu tərkibin ikinci 
tərəfinin üzərinə düşür. 
Birinci tərəfi saitlə bitib, ikinci tərəfi saitlə başlanan xüsusi 
mürəkkəb isimlərdə vurğu ikinci tərəfin üzərinə keçməndə birinci 
tərəfin son saiti ixtisar olunaraq tələfiüzdən düşür: Əli Ağa- Əlağa, 
Əli Əsgər-Ələsgər, Vəli Ağa-Vəlağa, Əli Əkbər-Ələkbər və s. 
Tərkibində 
qeyri 
sözü olan sifətlərdə söz vurğusu qeyri sözünün 
üzərinə 
düşür: 
qeyri-adi, 
qeyri-rəsmi, 
qeyri-məqbul, 
qevri-müəwən 
və s. 
Tərkibi əvəzliklərdə vurğu ikinci tərkibin üzərinə keçir: 
heç 
kəs, 
heç 
kim, 
hər kəs, heç 
biri, hər biri, nə cür?, nə vaxt? , nə zaman? 
və s. 
Avazlanmanın ən vacib elementi olan vurğu düzgün işlədil- 
mədikdə nitqin ümumi ahəngi pozulur, yad, əcnəbi adamın danışığını 
xatırladır. 
MƏNTİQİ VURĞU 
Cümlədəki sözlərdən birinin digərlərinə nisbətən qüvvətli deyilişi 
məntiqi vurğu
adlanır. Məntiqi vurğu cümlənin məna yönümünü 
dəyişir. Cümlənin istənilən üzvünü məntiqi vurğu altına salmaq 
danışanın məqsədindən asılıdır. 
Məsələn: 
Dünən biz məşqçimizlə məşqə başladıq. 
Dünən biz məşqə məşqçimizlə başladıq. 
100 


Dünən məşqə məşqçimizlə biz başladıq. 
Biz məşqçimizlə məşqə dünən başladıq. 
Göründüyü kimi, birinci cümlədə "məşqə" sözü, ikinci cümlədə 
"məşqçimizlə", üçüncü cümlədə "biz", dördüncü cümlədə "dünən" 
sözü vurğu altına düşmüşdür, qalan sözlər adi kəmiyyətdə tələffüz 
olunur. Beləliklə, məntiqi vurğu cümlədə hər dəfə yeni söz üzərinə 
düşdükcə xüsusi məna çaları yaratmış olur. 
Misal gətirdiyimiz cümlədə dinləyiciyə xüsusi tonla çatdırılan 
sözlər hər dəfə xəbərin qarşısında gəlmişdir. Lakin intonasiya 
vasitəsilə məntiqi vurğulu sözün yerini məqsədli şəkildə dəyişmək 
olur. Hər hansı cümlədəki sözləri məqsədimizə müvafiq olaraq 
məntiqi vurğu altında tələffüz edə bilərik: Məsələn: 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin