250
Əsgər bəy.
Qərəzimiz odur ki, milçək gözünə qona-qona sən burda nə qaza-
nacaqsan? Dur, çoxlu pul götür, bizə də ver, özündə də saxla, gedək. Bizim alış-
verişdən başımız çıxmaz. Təbrizdə sən bizə də, özunə də xirid elə.
Biz də səni
sağ-salamat malın ilə gətirək bura çıxardaq. On beş günə yüz qızıla əlli qızıl qa-
zanc olur. Bizə verdiyin pulun qazancın bizə ver, öz pulunun qazancın özün
götür.
Hacı Qara.
Yaxşı, sizə verdiyim pulun faydası necə olsun?
Əsgər bəy.
Axır faydasının əvəzinə biz də sənə yaxşılıq edirik;
səni qul-
durdan ötürürük, qazanc yetiririk, dəxi artıq nə istirsən? On beş günə bizdən pu-
luna fayda istəmək sənə ayıb deyilmi? Bizsiz ki,
sən nə gedə bilərsən, nə mal
gətirə bilərsən!
Hacı Qara.
Niyə gedə bilmirəm? İstəsəm bu gün gedərəm.
Heç kəs də
mədən bir çöp ala bilməz! Mən özüm neçə yol quldura rast gəlmişəm, dava
eləmişəm.
Əsgər bəy.
A canım, yüz əjdaha olasan, bu yola yalqız gedibgələ bilməzsən!
Biz ki, sənin rəşidliyini danmırıq.
Hacı Qara.
Doğrusu, mən faydasız pul verməyə öyrənməmişəm. Əgər
pulumun faydasın çıxarsanız, sözünüzə qulaq asaram.
Əsgər bəy.
Adama yüz qızıl versən,
on beş günə nə qədər fayda
istəyəcəksən?
Hacı Qara.
Beş qızıl yüz qızıla fayda götürrəm. Artıq hər nə qazansanız
sizin olsun.
Əsgər bəy.
(Heydər bəyə, Səfər bəyə üzün çevirib).
Yoldaşlar, nə deyirsiniz,
razısınızmı?
Heydər bəy
və S ə f ə r b ə y . Dəxi, nə eliyək, razıyıq!
Əsgər bəy.
Hacı, di pul hazır elə!
Dostları ilə paylaş: