255
bilərsiniz?
F a t m a n s a
(kəmal-səliqə ilə ortaya çıxır və dörd tərəfə təzim edərək).
Hər
şeydən əvvəl, salam olsun cəmi yığılan əhl-məclisə və habelə salam olsun
gələn qonaqlara, hansı ki, bizim böyük-böyük qəmisyələrimizdir və salam olsun
bütün böyük-böyük yoldaşlara, hansı ki...
S ə d r. Vətəndaş, məsələ haqqında danışın – müəllimə Almaz xanımın işi
haqqında.
F a t m a n s a. O ki qaldı müəllimənin işi, mən bu kənddə mamayam. Hələ
qaş qarala-qaralmaya idi, gördüm Xanımnaz gəldi ki, dur bizə gəl.
X a n ı m n a z. Ay arvad, Allahın yoxdur, mən haçan səninçin gəlmişəm?
İmanın yoxdur? Ölməyəcəksən? Uşaq nədir? Sən kimin uşağını tutmuşsan?
F a t m a n s a Sənin qızıvun.
Mən and içmişdim ki, heç kəsə demərəm.
Daha eləyə bilmərəm ki, böyük qəmisyələrdən də gizlədim. Külli-dünya qurban
olsun onların bir tükünə. Sən gəlib yalvarmadın?
X a n ı m n a z. Ay arvad, sən heç bizim evimizə gəlmişsən? Mənim
uşağıma
nə gəlmişdi, sənə yalvaraydım? Neçin mənim uşağımı bədbəxt
eləyirsən?
F a t m a n s a. Acığın neçin gəlir. Xanımnaz? Məndən soruşurlar, mən də
deyirəm. İstəyirsən Qurana da əl basım. Gəlmədim? Uşağı tutmadım? Qırmızı
yorğana bükmədim? Göbəyini də bağlamadım? Ağbirçək vaxtımda sənin üçün
imanımı verə bilmərəm ki.
A f t i l. Yalansa, sənin o imanuva tula bağlayım!
X a n ı m n a z. Vallah, billah, ay camaat, bu arvad bizim üstümüzə böhtan
atır…
A l m a z. Mənim bu arvaddan bir sorğum var.
S ə d r. Soruş!
A l m a z. O deyir ki, uşağı o tutmuşdur. Qoy o desin: uşaq qızdır, ya
oğlandır?
F a t m a n s a. Hə? Qızdır, ya oğlan? Qızdır, ya oğlan? Qızdır, ya oğlan?
B a r a t. Dillənsənə, imansız? Qızdır, ya oğlandır?
F a t m a n s a. Qızdır, ya oğlandır?
A f t i l. Desənə, Ocaqqulunun qatırı kimi nə ondanmış, nə də bundan.
O c a q q u l u. Genə dedi qatır. Genə dedi qatır... Allahü əkbər...
A l m a z. Daha sözüm yoxdur
(Oturur).
S ə d r.
Yoldaş Almaz, məsələ aydındır. Siz ancaq uşaqların oynaması
haqqında danışın.
A l m a z. Sürmə!
S ü r m ə
(adamların arasından qalxaraq).
Nədir, müəllimə?
A l m a z. O gün sizin əlinizə, boğazınıza baxan kim idi?
S ü r m ə
(doktoru göstərərək).
Bu kişi idi, müəllimə. Mənim gözlərimə
dərman da tökdü.
A l m a z. Qoy hamı bilsin: yoldaş Temurtaş doktordur. O, mənim xahişimə
görə uşaqlara baxırdı. Sabah da baxacaqdır. Sonra, Sürmə, siz o gün nə oyna-
256
yırdınız?
S ü r m ə. Biz “Yeni kənd” oynayırdıq, müəllimə.
A l m a z. Kəndlilər, bu bir oyundur, onu indicə göstərmək olar.
İ b a d. Yoldaşlar, bu sözlər bizə lazım deyil, yaxşısı budur ki...
Ş ə r i f. Sən o yanındakı uşaqdan danış.
A l m a z. O kimsənin işi deyildir.
İ b a d. Necə kimsənin işi deyil?
H a c ı Ə h m ə d. Necə kimsənin işi deyil?
Ş ə r i f. Necə kimsənin işi deyil?
S ə d r. Yoldaşlar, qulaq asın, uşaq məsələsini biz indicə aydınlaşdırarıq.
B a r a t. O heç bizim işimiz deyil.
Ş ə r i f. Necə bizim işimiz deyil? Bu uşaq kimindir?
B a r a t. O bizim borcumuz deyil.
B a l a r z a. Yox, siz işin olanını kəndlilərdən gizlədirsiniz. Qoy o, açıq
desin görək uşaq kimindir?
A l m a z. Uşaq mənimdir.
İ b a d. Atası kimdir?
A l m a z. O mənim öz işimdir...
Ş ə r i f. Sən subutalni, dakumentalni de görüm uşaq kimindir?
İ b a d. Biz istəyirik, qoy o desin uşaq kimindir?
H a m ı. Qoy desin, olmaz, desin uşaq kimindir?
F u a d
(duraraq).
Yoldaş sədr, mən müəllimə Almazın nişanlısıyam və bu
camaatın qabağında rəsmi surətdə bildirirəm ki, uşaq mənimdir.
A l m a z.
Uşaq sənin deyil, vətəndaş Fuad. Mərhəmətinizə qarşı təşəkkür
edirəm. Mənim sizin mərhəmətinizə ehtiyacım yoxdur.
İ b a d. Yoldaş sədr, siz kəndliləri aldadırsınız. Biz kəndlilər tələb edirik:
qoy o açıq desin ki, uşaq kimindir?
S ə d r
(yığılanların israrını görüncə).
Yoldaş Almaz, siz bu suala cavab
verə bilərmisiniz?
A l m a z (qəti). Uşaq mənimdir və bundan artıq
sorğuya cavab vermək
istəmirəm.
Ş ə r i f. Çünki təqsirkarsan.
A l m a z. O mənim öz işimdir.
S ə d r. Yoldaşlar, gurultu salmayın. Çığırtı ilə adamı söz deməyə məcbur
etmək olmaz.
İ b a d
(ortalığa atılaraq).
Necə məcbur etmək olmaz? …Yox, belə
müəllimə bizə gərək deyil! Onu güllələmək lazımdır.
H a m ı s ı. Güllələnsin, güllələnsin!..
F a t m a n s a. Gördünüz, dedim güllələnəcək.
S ə d r. Yoldaşlar, səs salmayın.
(C.Cabbarlı)
Dostları ilə paylaş: