Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə85/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

təhkiyəsi, təsviri
aparıcı yer tutur. Nəsr əsərlə-
rinin dili nağıletmə, təhkiyə dilidir.Burada sətirlərin, cümlələrin 
həcminə məhdudiyyət qoyulmur. Yazıçı müxtəlif cümlə tipləri və 
konstruksiyalarından istifadə etməkdə sərbəstdir. 
Epik əsərin əsasını süjet təşkil etdiyi üçün təhlil zamanı müəllif 
tərəfindən qurulmuş hadisələr zəncirinə, onların hərəkətverici qüv-
vəsi olan qəhrəmanlara diqqət yetirilməlidir. Qəhrəmanların zahiri 
görkəminin təsviri, əməllərinin, hərəkətlərinin motivləri onların ob-
razını yaratmağa imkan verir.
Nəsr əsərlərində hadisə, əhvalat “kənardan” – müəllif və ya 
qəhrəmanların biri tərəfindən nağıl edilir. Hadisələr 
təhkiyəçi 
obrazı
tərəfindən açıldığı üçün ifaçı nəsr əsərindəki ayrı-ayrı 
parçalarda portret, təbiət, əşya təsvirlərini, yazıçının düşüncələrini, 
mühakimələrini, gizli mətləbləri, mətnaltı mənanı dinləyicilərə necə 
çatdıracağını aydınlaşdırmalıdır. Nəsr əsərində bu və ya digər 
parçanın oxusunun fərqli ahəngi, intonasiya boyası olduğu və bunu 
müəyyənləşdirməyin çətinliyi nəzərdən qaçırılmamalıdır. 
Təcrübə göstərir ki, şagirdlər nəsr əsərinin ayrı-ayrı kom-
ponentlərini dolğun qavramaqda çətinlik çəkirlər. Əsərin süjetinin
kompozisiyasınıın müxtəlif elementlərinin, obrazların, sənətkarın 
istifadə etdiyi təsvir vasitələrinin, əsərdə qaldırılan problemlərin
əlaqələndirilməsi və bunun üçün optimal metodik variant seçilməsi
müəllimin qarşısında duran ciddi vəzifədir. 
Dərsdə 
irihəcmli epik əsərlərin
ideya-məzmununu bütünlüklə 
əhatə etməyə, təsvir olunanların hamısını eyni dərinliklə öyrənməyə 
ehtiyac yoxdur. Əksər hallarda bu heç mümkün deyildir. Məktəb 
təcrübəsində sinifdə oxunmayan hissələrin müstəqil oxusu və nağıl 
edilməsi (yığcam, geniş, yaradıcı) daha məqsədəuyğun sayılır. Bunu 
nəzərə alaraq, müəllim epik əsərdəki bütün məsələlərin təhlilinə
çalışmamalıdır.
Epik əsərlərin məktəb təhlilində aşağıdakı məsələlərə xüsusi 
1
Н.М.Соловьева. Практикум по выразительному чтению.М.:Просвещение, 
1976,с. 40- 41. 


137 
diqqət yetirilir: 
1.
Mövzu, süjet, problem 
2.
Əsərin qəhrəmanlarının obrazı (əsas, epizodik, müsbət, mən-
fi, ziddiyyətli surətlər) 
3.
Əsərin bədii xüsusiyyətləri (kompozisiya, bədii dil, üslub 
xüsusiyyətləri) 

4.
Əsərlə bağlı ədəbi-nəzəri anlayışlar üzrə iş (janr, təhkiyə, 
təsvir, fərdiləşdirmə və s.). 
5.
Müəllifin niyyəti (ideya). 
V-IX siniflərdə öyrədilən əsas epik janr olan 
hekayədə
müəy-
yən sosial şərait üçün səciyyəvi olan bir və ya bir neçə fakt, insan 
həyatından bir hadisə təsvir edilir. İrihəcmli əsərlərdən fərqli olaraq, 
hekayənin məzmununun öyrənilməsinə ayrılmış dərs saatlarında 
əsəri hissələrə ayırıb oxusunu (fasilələrlə oxu, proqnozlaşdırılmış 
oxu) təşkil etməklə bütünlüklə mənimsətmək mümkündür.
Hekayənin dərsdə təhlili sxemi aşağıdakı kimidir:
1. Əsərin mövzusu, problematikası; 
2. Qəhrəmanların səciyyələndirilməsi; 
a) Qəhrəmanın bədii portreti, müəllifin ona münasibətinin 
müəyyənləşdirilməsi; 
b) Qəhrəmanın xarakterinin, hərəkətlərinin təhlili; 
c) Digər obrazların təhlili; 
3. Əsərdəki təbiət təsvirləri, əşya surətinin rolunun aydınlaş-
dırılması və s. 
4. Təsvir olunan hadisələrə münasibət bildirilməsi; 
5. Əsərin süjet, kompozisiya, bədii dil xüsusiyyətləri; 
6. Müəllif niyyətinin müəyyənləşdirilməsi. 
7. Qəhrəmanın bədii portreti, müəllifin ona münasibətinin 
müəyyənləşdirilməsi; 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin