44
ürfani-fəlsəfi fikirlər. Nişat poeziyasının dil və üslub
xüsusiyyətləri.
Şakir Şirvani
. Ş.Şirvani və onun yaradıcılığı. Heca və əruz
vəznində şeirlər yazması. Əruz vəznli şeirlərində daha çox uğur
qazanması. Müxəmməsləri. Məhəbbət lirikası. Dövrün ictimai-
tarixi hadisələrinə münasibəti. “Əhvali-Şirvan” mənzuməsi Nadir
şah qoşunlarının Şamaxıda törətdiyi qırğınla (1743) bağlı ictimai-
siyasi və tarixi hadisələrin real bədii ifadəsi kimi. “Əhvali-
Şirvan”ın məzmunu və ideyası. Ş.Şirvaninin sənətkarlığı.
XIV Mövzu: XVIII əsrdə Azərbaycan ədəbiyyatı.
Məhcur Şirvani, Ağaməsih Şirvani,
M.V.Vidadi
.
Məhcur Şirvani
haqqında məlumat. Çap olunmuş şeirləri.
Əldə olan lirik şeirlərinin mövzu dairəsi və ideya-bədii
xüsusiyyətləri. “Gəl vəqtidir” şeiri.
“Qisseyi-Şirzad” poeması. Əsərin folklorla bağlılığı.
Poemada xalq ədəbiyyatı elementləri. Əsərdə Nadir şahın
Səfəvilər sülaləsinin hakimiyyətini qeyri-qanuni zəbt etməsi
ideyasının bədii əksi və tənqidi. Xeyirin şər üzərində qələbəsi.
Poemanın mövzusu, süjeti, bədii quruluşu və forma
xüsusiyyətləri. Əsas surətlərin səciyyəsi. Əsərin nəşri.
Ağaməsih Şirvani.
Həyatı və şəxsiyyəti haqqında
F.Köçərli, S.Mümtaz və H.Araslının mülahizələri. Şeirlərinin az
bir qisminin çap olunması. Əldə olan şeirlərinin mövzu dairəsi.
Füzuli ədəbi məktəbini davam etdirməsi. Ağaməsih və Nişat
Şirvani. A.Şirvani realizmə meylli bir sənətkar kimi. Zülmə və
ədalətsizliyə etirazı. Zəmanədən şikayəti. İctimai-tarixi hadisə-
lərə münasibəti. Şahvesən Əhməd xanın Şamaxıya hücumu
(1749) ilə bağlı tarixi mövzulu mənzuməsi. Sənətkarlığı.
Dostları ilə paylaş: