Pedaqoji universitetləRDƏ bakalavriat səVİYYƏSİ ÜZRƏ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/68
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174763
1   ...   27   28   29   30   31   32   33   34   ...   68
Azərbaycan ədəbiyyatı 1,2,3,4 proqram 2022

Nişat Şirvani. 
Həyatı haqqında məlumat. Şeirlərində 
həyatına aid ştrixlər. Nişatın məhəbbət lirikası. İctimai-siyasi 
məzmunlu şeirləri. İctimai zülmə və ədalətsizliyə etirazı. 
Dövrdən, zəmanədən və onun insanlarından şikayəti. Şeirlərində 


44 
ürfani-fəlsəfi fikirlər. Nişat poeziyasının dil və üslub 
xüsusiyyətləri. 
Şakir Şirvani
. Ş.Şirvani və onun yaradıcılığı. Heca və əruz 
vəznində şeirlər yazması. Əruz vəznli şeirlərində daha çox uğur 
qazanması. Müxəmməsləri. Məhəbbət lirikası. Dövrün ictimai-
tarixi hadisələrinə münasibəti. “Əhvali-Şirvan” mənzuməsi Nadir 
şah qoşunlarının Şamaxıda törətdiyi qırğınla (1743) bağlı ictimai-
siyasi və tarixi hadisələrin real bədii ifadəsi kimi. “Əhvali-
Şirvan”ın məzmunu və ideyası. Ş.Şirvaninin sənətkarlığı. 
XIV Mövzu: XVIII əsrdə Azərbaycan ədəbiyyatı. 
Məhcur Şirvani, Ağaməsih Şirvani,
M.V.Vidadi
.
Məhcur Şirvani
haqqında məlumat. Çap olunmuş şeirləri. 
Əldə olan lirik şeirlərinin mövzu dairəsi və ideya-bədii 
xüsusiyyətləri. “Gəl vəqtidir” şeiri. 
“Qisseyi-Şirzad” poeması. Əsərin folklorla bağlılığı. 
Poemada xalq ədəbiyyatı elementləri. Əsərdə Nadir şahın 
Səfəvilər sülaləsinin hakimiyyətini qeyri-qanuni zəbt etməsi 
ideyasının bədii əksi və tənqidi. Xeyirin şər üzərində qələbəsi. 
Poemanın mövzusu, süjeti, bədii quruluşu və forma 
xüsusiyyətləri. Əsas surətlərin səciyyəsi. Əsərin nəşri. 
Ağaməsih Şirvani.
Həyatı və şəxsiyyəti haqqında 
F.Köçərli, S.Mümtaz və H.Araslının mülahizələri. Şeirlərinin az 
bir qisminin çap olunması. Əldə olan şeirlərinin mövzu dairəsi.
Füzuli ədəbi məktəbini davam etdirməsi. Ağaməsih və Nişat 
Şirvani. A.Şirvani realizmə meylli bir sənətkar kimi. Zülmə və 
ədalətsizliyə etirazı. Zəmanədən şikayəti. İctimai-tarixi hadisə-
lərə münasibəti. Şahvesən Əhməd xanın Şamaxıya hücumu 
(1749) ilə bağlı tarixi mövzulu mənzuməsi. Sənətkarlığı.

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin