45
Y a r a d ı c ı l ı ğ ı. Həm əruz, həm də heca vəznində şeirlər
yazması. İstifadə etdiyi janrlar. Vidadi
realizmə meylli sənətkar
kimi. Məhəbbət və gözəlliyi tərənnüm edən şeirləri. Vidadi
pessimist şair kimi. Vidadi kədərinin şəxsi və ictimai mahiyyəti.
Sənətkarın əsərlərində vətən həsrəti, qəriblik, qürbət, öz
bəxtindən
və taleyindən şikayət, sızıltı və iztirab motivləri.
Vidadi yaradıcılığında gələcəyə inam. Şairin müsibətnamələri.
M.P.Vaqiflə müşairəsi. Azərbaycan ədəbiyyatında mövqeyi.
M.V.Vidadi şeirlərinin poetik xüsusiyyətləri. Dilinin
sadəliyi, xəlqiliyi, rəvanlığı, kövrəkliyi və s. Vidadinin həyatının
və bədii irsinin öyrənilməsi, tədqiqi və nəşri.
XV Mövzu:
M.P.Vaqifin həyatı və yaradıcılığı
(1717-
1797). Həyatı. Dövrü və mühiti. Şəxsiy-yəti. Qazaxda doğulması.
Təhsili. Qazaxdan köçməsi və bununla bağlı məlumatlar.
Məktəbdarlıq etməsi.
Müxtəlif elmlərə, incə-sənətə, musiqiyə və
saza bağlılığı. Qarabağ xanı İbrahim xanın sarayına
gəlməsi və
bununla bağlı fərqli məlumatlar. İctimai-siyasi fəaliyyəti.
M.P.Vaqif dövlət xadimi kimi. Şuşanın abadlıq və memarlıq
işləri ilə bağlılığı. Vaqif və Qacar münasibətləri. Qacarın hücumu
zamanı Vaqifin Şuşada qalması ilə bağlı fərqli məlumatlar.
Məhəmməd bəy Cavanşir və Vaqif münasibətləri. Vaqifin və
oğlunun öldürülməsi və bununla bağlı mülahizələr. Vaqifin ailəsi.
M.V.Vidadi ilə dostluğu və qohumluğu.
Y a r a d ı c ı l ı ğ ı. M.P.Vaqifin qüdrətli şair kimi ədəbi
məktəb yaratması. Novatorluğu. Əruz
və heca vəznində şeirlər
yazması. Onun yaradıcılığının əsas xüsusiyyətləri. Vaqif realist
şair kimi. Vaqif realizminin əsas cəhətləri. Nikbin şair olması.
Vaqif optimizminin əsas mahiyyəti. Sənətkarın şeirlərindəki
xəlqilik və sadəlik. Azərbaycan gözəlinin təsviri və tərənnümü.
Şairin məhəbbət lirikası. Yaradıcılığından nümunələrin təhlili.
“Hayıf ki, yoxdur…”, “Pəri”, “Bayram oldu”, “Tiflis”,
“Durnalar” və s. şeirləri. M.V.Vidadi ilə deyişməsi. Son şeirləri –
“Bax”, “Görmədim”.
46
Vaqif yaradıcılığının poetik xüsusiyyətləri. Sadəlik,
dil və
üslub gözəlliyi, rəvanlıq, ekspresivlik, musiqililik, dolğunluq,
bədii təsvir və ifadə vasitələrinin bolluğu.
M.P.Vaqifin ədəbiyyatımız
tarixində mövqeyi və Azər-
baycan ədəbiyyatına təsiri. Həyatının öyrənilməsi. Əsərlərinin
toplanması, tədqiqi və nəşri.
Dostları ilə paylaş: