Pedaqoji universitetləRDƏ bakalavriat səVİYYƏSİ ÜZRƏ


XII Mövzu: XVII əsr Azərbaycan ədəbiyyatı. Q.Təbrizi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/68
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174763
1   ...   25   26   27   28   29   30   31   32   ...   68
Azərbaycan ədəbiyyatı 1,2,3,4 proqram 2022

XII Mövzu: XVII əsr Azərbaycan ədəbiyyatı. Q.Təbrizi 
və S.Təbrizinin həyatı və yaradıcılığı
Dövrün ictimai-siyasi və 
ədəbi-mədəni xülasəsi. I Şah Təhmasibin (1524-1576) 
ölümündən sonra Səfəvilər dövlətində mərkəzi hakimiyyətin 
zəifləməsi. Azərbaycan da daxil olmaqla bir sıra Səfəvi 
torpaqlarının Osmanlı dövləti tərəfindən zəbt olunması. I Şah 
Abbasın (1587-1629) mərkəzi hakimiyyəti möhkəmləndirmək 
cəhdləri və bu təşəbbüsündə fars zadəgan-larına arxalanması. 
Paytaxtı Qəzvindən İsfahana köçürməsi. İslahatları. Sürgün 
siyasəti. Osmanlı dövləti ilə müharibələri və zəbt olunmuş 
torpaqları geri qaytarması. Cəlalilər hərəkatı. Bu hərəkatın 
ictimai-siyasi həyatda rolu və bədii ədəbiyyata təsiri. Şah Səfi 
(1629-1642), II Şah Abbas (1642-1666) və Səfi Mirzənin (1666-
1694) hakimiyyəti dövründə fars zadəganlarına üstünlük 
verilməsi. Bu dövrdə baş verən xalq üsyanları. 


40 
XVIII əsrdə elm və mədəniyyətin inkişafı və onu ləngidən 
amillər. Dövrün görkəmli tarixçi və təzkirəçiləri. Musiqi, 
xəttatlıq, memarlıq, rəssamlıq və s. sənət sahələrinin yüksəlişi. 
Bədii ədəbiyyatın inkişafı. Mühacirət ədəbiyyatı. Bu dövrdə 
Azərbaycanın bir çox ədəbiyyat və sənət adamlarının Türkiyə, 
Orta Asiya və xüsusilə Hindistana mühacirət etmələri. 
Mühacirətin səbəbləri. 
Kövsəri və onun “Fərhad və Şirin” poeması. Tərzi Əfşar 
haqqında məlumat. Onun şeirdə yenilik yaratmaq cəhdləri.
Məlik bəy Ovçu. Şeirlərindən nümunələrin ilk dəfə 
Ə.Cəfəroğlu tərəfindən (“Azərbaycan yurd bilgisi tədqiqləri”, 
1933) nəşr edilməsi. “Gəncinə” adlı əlyazması. 
Şeirlərində Nəvai və Füzulinin təsiri. Yaradıcılığından 
nümunələrin təhlili. 
Qövsi Təbrizi
. Əlican Qövsi təbrizinin şəxsiyyəti ilə bağlı 
dolaşıqlıq və onun aydınlaşdırılması. Təzkirəçi və ədəbiyyat-
şünaslar, “Ruze-rövşən”, “Rövzət-ül-cinan”, “Nigaristani-süxən” 
və s. təzkirələr Qövsinin həyatı və şəxsiyyəti haqqında. Şeirlər 
divanı əlimizə gəlib çatan Qövsinin XVII əsr şairi – Saib Təbrizi, 
Mirzə Tahir Bəhid, Uğurlu xan Ziyad oğlu, Müsahib və s. tarixi 
şəxsiyyətlərin müasiri olması. Qövsinin şeirlərində onun həyat və 
şəxsiyyətinə aid notlar. “Qövsi” təxəllüsü. 
Q.Təbrizi anadilli poeziyamızın ən qüdrətli nümayəndə-
lərindən biri kimi. Ana dilində divanının gəlib bizə çatması. 
Qövsi şeirlərində vətən həsrəti. Q.Təbrizi ictimai mövzular şairi 
kimi. Yaradıcılığında məhəbbət şeirlərinin azlıq təşkil etməsi. 
Fələkdən, zəmanədən, dövrandan, həyat və onun nəhs 
gedişatından, taledən şikayətləri. İctimai zülmə, ədalətsizliyə, 
haqsızlığa etirazı. Qövsi şeirlərində ah, fəryad, fəğan, nalə, sızıltı 
və kədər motivləri. Q.Təbrizi yaradıcılığında təsəvvüf ideyaları. 
Şairin, əsasən, əruz, qismən də heca vəznində şeirlər yazması. 
Qövsi və Füzuli. 
Q.Təbrizinin sənətkarlıq məharəti. Şeirlərindəki poetik 
vüsət, obrazlılıq, canlılıq, ahəngdarlıq, poetik zənginlik və 


41 
gözəllik, bədii təsvir və ifadə vasitələrinin bolluğu. Təbiət 
təsvirlərinin dolğunluğu. Anadilli poeziyamızın inkişafında 
Q.Təbrizinin mövqeyi. 
Qövsi irsinin tədqiqi və nəşri sahəsində görülən işlər. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin