74
qəhrəmanları. Məhəmməd ağa və Ömər obrazlarında müəllif
dünyagörüşündən gələn cəhətlər. Əsərdə XIX əsrin sonu
Azərbaycan kənd həyatına tənqidi münasibət. Hacı Abdulla, Vəli
və kəndli obrazlarının müəllif mövqeyindən ifadəsi. Dramda açıq
tendensiyalılıq prinsipinin qeyri-mükəmməl inikası.
“Nadanlıq” dramı haqqında F.Köçərlinin
kəskin
tənqidləri. Müəllifin bu tənqidə münasibəti. Azəbaycan ədəbiy-
yatşünaslığında “Nadanlıq” dramına və F.Köçərlinin onun
haqqındakı tənqidi mövqeyinə fərqli mövqelərdən yanaşmalar.
“Şamdan bəy” komediyası N.Nərimanovun dramaturgiya
sahəsindəki yaradıcılığının inkişafını göstərən əsər kimi.
Əsərin
ideya polifonizmi. Pyesdə milli birlik ideyasının təcəssümü.
Niyaz bəy obrazının ideya “yük”ü. Xeyirlə Şərin mübarizəsində
konfliktin birincilərin qələbəsi ilə bitəcəyinə inamın ifadəsi.
Əsərdəki sevgi xətti- mənəvi saflığın bədii əksi. Yusif və Xədicə
surətlərinin müəllif arzularını təcəssüm etdirməsi,
konfliktin
maarifçi bədii həlli.
“Nadir şah” Azərbaycan ədəbiyyatında ilk tarixi faciə
kimi. Əsərdə millət və onun taleyi problemi. Nadir şahın millət,
vətən və dövlətçilik uğrunda mübarizələri. Xalq nümayəndəsinin
hakimiyyətə gəlişi, islahatları və taxtdan salınmasının ideya-
estetik məzmunu. Əsərdə insanın xarakterinin formalaşmasında
mühitin və tərbiyənin rolunun bədii təcəssümü.
Əsərdə din və
dövlət məsələsi. Pyesdə “uçurum dərələr”in dramaturji həlli.
Nərimanovun multikulturalizmi, dini tolerantlıq və müasirlik
mövqeyindən çıxışı.
Nadir şah faciə qəhrəmanı kimi. Əsərdə “fəci səhv”
faciələrinə məxsus motivlər. Faciənin “fəci səhv”dən
güc alan
bədii konflikti.
Əsərin səhnə taleyi.
N.Nərimanovun bədii nəsri. “Bahadır və Sona”nın ilk
miniatür Azərbaycan romanları sırasında yeri. Əsərdə dinə
inkarçı münasibətin ifadəsinə dair ədəbiyyatşünaslıq mövqelə-
rinin yanlışlığı. Nərimanovun romanda
dini dünyagörüşündən
75
çıxışı. “Uçurum dərələr”in ədəbiyyatşünaslıqdakı yanlış yozumu
və həqiqi mənası. Romanda “sonradan düzəlmış dürlü-dürlü
qanunlar” anlayışının estetik “yük”ü. Əsərin maarifçi qəhrə-
manları. Milli və bəşəri məzmunu.
“Pir” povestində “yalançı və həqiqi məbud”
məsələsinin
açılışı. “Azan səsi”nin müəllf dünyagörüşü mövqeyindən
məzmunu. Povestdə möminliyin şərtləri və namaza münasibət.
Məllifin “allah sevgisi”. Əsərdə dində və dinin təfsirində elmə və
ağıla ayrılan yerə münasibət. Povestdə qadın problemi, dini
fanatizmə qarşı mübarizə ideyası. “Bir kəndin sərgüzəşti”
hekayəsində mülkədar-kəndli münasibətlərinə maarifçi baxış.
Nərimanovun publisistikasında
millətin və ümmətin
taleyi, mədəniyyət, maarif, tərbiyə, sənət, ədəbiyyat və b.
məsələlərin qoyuluşu.
Dostları ilə paylaş: