VII Mövzu: İbrahim bəy Musabəyovun həyatı və yaradıcılığı. Həyatı: tərcümeyi- halının əsas faktları.
Yaradı-
cılığı. İ.Musabəyov maarifçi-realist nasir kimi.
Yaradıcılığa
maarifçi-pedaqoq kimi gəlişi. Uşaqlar üçün yazdığı nəsr əsərləri.
Bu əsərlərdə didaktik məzmunun, təbliği mahiyyətin önə
çəkilməsi. “Rzanın qutusu”, “Rəhimli arvad” hekayələrində
“yaxşılığa yaxşılıq” motivinin açıq tendensiyalılıq prinsipi ilə
ifadəsi. Hekayələrin süjet və kompozisiya strukturundakı
sxematizm.
“Cəhalət fədailəri”, “Xoşbəxtlər”, “Gözəllərin vəfası”,
“Neft və milyonlar səltənətində” əsərlərində cəmiyyət
hadisələrinə maarifçi baxışın sərhədlərinin genişlənməsi.
79
“Cəhalət fədailəri”ndə mühitin işıqlı tərəflərini təsvirə
meyl. Əsərdə milli inkişafın milli birliklə təmin olunacağı
ideyası. Mina və Rəşid povestin maarifçi qəhrəmanları kimi.
Rəhimin qatilliyində milli birlik hərəkatının zəif nöqtələrinin
təsdiqi.
“Xöşbəxtlər”də mühit və azad sevgi qarşılaşmasından
doğan konfliktə verilən maarifçi bədii həll. Əsərdə qan davası
motivinə fərqli yanaşma. Qan davasına verilən bədii həlldə
tarixiliyin gözlənilməsi. Cahan və Aslan surətləri. Həqiqi
məhəbbətin lirik tərənnümü. Konfliktin həllində mühitdəki
inkişafın nəzərə alınması. Əsərdə həyatın mürəkkəblikləri və
ziddiyyətləri ilə təsviri. Nikbin sonluğun mühitin inkişafı ilə
bağlılığı.
“Gözəllərin vəfası” povestində aşağı-yuxarı təbəqə müna-
sibətlərini tarixi gerçəkliyə uyğunluğu.
“Neft və milyonlar səltənətində” İ.Musabəyov yaradı-
cılığının zirvəsi, bədii nəsrimizin uğuru kimi. Əsərin XX əsrin
əvvəlləri Azərbaycan gerçəkliyini dəqiq müşahidədən doğan
məzmunu. Romanda “mühit” anlayışının açıq tendensiyalı
müəllif təfsiri ilə realist təsvir arasındakı fərq.
Əsərdə “insanın formalaşmasında mühit və tərbiyənin
əsaslı rol oynadığını” (N.Vəlixanov) gerçəkləşdirən süjet xətti və
konfliktinə verilən maarifçi bədii həll. Milli burjuaziyanın həqiqi
siması müəllf təqdimatında. Milli həyatın tarixi xarakteri
“yeniləşən dünya”nın imtahanında. Qərbin milli həyata nüfu-
zunun doğurduğu rəzalətlər. Cəlil ağanın xarakterinin dəyiş-
məsinin “estetik yük”ü. Milli varlığın özünümüdafiə stixiyası.
Şəfiqənin xarakterinin dəyişməzliyindən hasil olan estetik
qənaətlər. Əsərin sonunda Şəfiqəyə verilən dəstəyin və edilən
maddi yardımın estetik məzmunu.
“Neft və milyonlar səltənəti” üçün Lütfəli bəylərin
səciyyəviliyi. Qurban kişi patriarxal xarakterln təmsilçisi kimi.
Obrazın folklor ladı. Süjetə verilən sinfi yanaşmadankənar bədii
həll.