82
Ü.Hacıbəyovun komediya personajları sənətkarlıqla
işlənmiş tiplər kimi. Səhnə dilinin inkişafında onun
komediyalarının rolu.
IX Mövzu:
Azərbaycan ədəbiyyatında sentimentalizm.
Abdulla bəy Divanbəyoğlu.
Sentimentalizm ədəbi cərəyanının yaranmasını şərtlən-
dirən ictimai- siyasi amillər. Sentimentalizmin
estetik xüsusiy-
yətləri. Bu cərəyanı maarifçi realizm və romantizmə bağlayan və
ayıran cəhətlərə dair ədəbiyyatşünaslıq mövqeləri. A. Divan-
bəyoğlu milli ədəbiyyatımızda sentimentalizmin təmsilçisi kimi.
Həyatı. Hekayə yaradıcılığı. “İlan” hekayəsində kənd
məişətinin təsviri. Hürü xanım və Kazım obrazlarının səciyyəsi.
Hekayələrində fəhlə mövzusu.
Qadın hüquqsuzluğu A .Divanbəyoğlu yaradıcılığının
aparıcı mövzusu kimi. “Can yanğısı” romanında
bu mövzunun
sentimental- romantik əksi. Əsərdə kənd həyatının idillik təsviri.
Romanın patrialxal mühitlə urbanist mühitin qarşılaşmasından
doğan konflikti. Əsərin süjet – struktur mürəkkəbliyi. Əhməd və
Ruqiyyə obrazlarının səciyyəsi və metaforik mənası. Ruqiyyənin
faciəli ölümünün müəllif mövqeyinin ifadəsində rolu.
“Əbdül və Şahzadə” povesti. Povestdə qadının mənəvi
azadlığı məsələsinə Şərq və Qərb kontekstlərində baxış.
Əbdül povestin maarifçi – romantik qəhrəmanı kimi.
Əbdül – Şahzadə, Murad – Nigar xətlərində müsəlman Şərqi, o
cümlədən Azərbaycan qadınlarının
mənəvi əsarətinin bədii
təcəssümündə sentimentallıq. Sultan – Nisə, Şamil – Məryəm
xətlərinin estetik “yük”ü.
Süjetin hərəkətindəki açıq tendensiyalılıq və süjetə
müəllif müdaxilələrinin səciyyəsi.
Povestin “Epiloq”u. Avropa mühitində qadın probleminin
“Epiloq”dakı bədii-publisist ifadəsi. Əsərin Şərq qadınının
mənəvi azadlığa qovuşacağına müəllif inamını simvollaşdıran
xətti – Əbdül – Sona xətti.
83
Povestdə reallığın zəngin sentimental- romantik boyalarla
təsviri.
Dostları ilə paylaş: