100
Cabbarlı dramaturgiyasında lirikası, satirik şeirləri və
hekayələrindəki ideya motivlərinin geniş planda təfsiri. “Vəfalı
Səriyyə” və “Solğun çiçəklər” əsərlərində məlumluğa və
zalımlığa romantik münasibət. “Vəfalı Səriyyə”də Cabbarlının
dini dünyagörüşündən çıxışı. “Nəsrəddin şah” əsərində
məzlumlar və zalımlar konfliktinə sinfilikdən kənar yanaşmalar.
“Ulduz” və “Ədirnə fəthi” əsərlərində türkçülük və islam
xalqlarının birliyi ideyalarının bədii ifadəsi. Cabbarlı
dramaturgiyasında “eşq süjetləri”nin estetik funksiyası.
“Aydın” və “Oktay Eloğlu” əsərlərini dünya romantizminə
bağlayan motivlər və xarakterlər. “Oktay Eloğlu”nda tarixiliyin
romantik inikası. Oktay milli özünüdərk düşüncəsini simvol-
laşdıran obraz kimi. “Oktay Eloğlu”nda “səhnə həyatı”nın
simvolikası.
1923-cü ildən sonra (İki dəfə həbs olunduqdan sonra)
Cabbarlı dünyagörüşündə yaranan ziqzaqlar. “Od gəlini”ndən
başlayaraq Cabbarlının İslam dünyagörüşündən, millilik və
ümmətçilik düşüncəsindən uzaqlaşması. “Od gəlini”ndə məzmun
və “ideya ikiləşməsi”. “Allah yoxdur” ideyasının ideoloji
məzmunu. Bu məzmunun “Almaz”da və “Sevil”dəki davamı və
milli həyatın tarixi mahiyyətindən uzaqlığı. Almaz obrazındakı
qeyri-səciyyəvilik.
Sevilin
xarakterinin
öz
təbiətindən
çıxarılması. Bu əsərləri və bütövlükdə Cabbarlının sovet dövrü
yaradıcılığını onun həqiqi dünyagörüşünün ifadəsi hesab etməyin
qeyri-mümkünlüyü.
Cabbarlının
sovet
dövrü
əsərlərinə
ədəbiyyatşünaslığın tənqidi yanaşma zərurəti.
Dostları ilə paylaş: