99
Şaiqin “Yazıya pozu yoxdur”, “Simurq quşu” əsərlərində
folklor motivlərinin romantik bədii təcəssümü.
“Ədhəm” poeması və “Qafqaz çiçəyi” pyesi Qafqazın
dağlı xalqlarının həyatından, milli adət-ənənələrindən bəhs edən
əsərlər
kimi.
“Ədhəm”
poemasındakı
“qonaq
qatilin
bağışlanması” sujetinə verilən romantik bədii həll. Əsərdə
Ədhəmin mənəvi əzablarının romantik əksi. Poemanı H.Cavidin
“Ana” pyesi ilə bağlayan və ayıran cəhətlər.
“Qafqaz çiçəyi” əsərində şəxsiyyət azadlığı ilə milli
azadlıq uğrunda mübarizə idealının romantik sintezi. “İki
familiyanın məhvi” poemasında vaxtını keçirmiş adət-ənənələr
romantik təhlilin predmeti kimi. İnsan taleyinə patriarxal
qanunlar çərçivəsində romantik baxış.
Bədii nəsri. “Məktub yetişmədi” və “Köç” hekayələri.
“Köç”də idillik həyat təsvir predmeti kimi. Əsərdə gerçəkliyin
romantikası və romantik üsluba məxsus səciyyəvi əlamətlər.
“Əsrimizin qəhrəmanları” romanı. Romanda Azərbaycan
burjuaziyasının həyatı “atalar və oğullar” problemi kontekstində.
A.Şaiqin uşaq ədəbiyyatı sahəsində fəaliyyəti. Pyesləri,
mənzum nağılları, şeirləri.
Şairin Sovet dövrü yaradıcılığı haqqında.
Dostları ilə paylaş: