96
Lirikasının mövzu dairəsinin genişlənməsi, dünyanın,
insan xislətinin dərkinə cəhd.
H.Cavidin dramaturgiyası. “Ana” Azərbaycan ədəbiy-
yatında ilk mənzum dram kimi. Əsərin mövzusu və süjet xətti.
Pyesdə İnsanın mənəvi iztirabları bədii tədqiq obyekti kimi. Ana
və İsmət obrazları.
“Maral” faciəsi. Mövzusu və konflikti. Əsərdə cəmiyyət
həyatinda pulun roluna tənqidi münasibət. Qadın probleminin
qoyuluşu. Pyesdə həqiqi məhəbbətin bədii təcəssümü. Turxan bəy
və Maral obrazları. Cəmilin romantik düşüncələri. Nadir bəy
ziyalı obrazı kimi.
“Şeyx Sənan” əsəri. H.Cavidə qədər “Şeyx Sənan”
mövzusu bədii ədəbiyyatda. Ədəbiyyatşünaslıq və tənqiddə
faciənin “din əleyhinə yazılmış əsər” kimi tədqiqi. Əsərdə dini
inancın insanın sosial, məhəbbət-sevgi hissinin insanın təbii
varlığının əlaməti kimi təcəssümlənməsi. Faciədə insanın təbii
varlığının sosial varlığı üzərində qələbəsinə romantik inam.
Fəlsəfi qatda ilkinliyin, təbii varlığın müdafiəsi. Şeyx Sənan
obrazının romantik təbiəti. Əsərə “sənət sənət üçündür”
prizmasından baxışı önə çıxaran cəhətlər.
“Şeyda” və “Uçurum” əsərlərinin mövzu və ideya
xüsusiyyətləri.
“İblis” H.Cavidin mənzum faciə janrında yazdığı ən
mükəmməl əsər kimi. Əsərdə müharibə və İnsan mövzusu.
Əsərdə tarixilik. Zamanın hadisələrinə bəşəriyyətin, insanlığın
faciəsi kontekstində yanaşma. İblis obrazı insan xislətinin bədii
təcəssümü kimi. Arif surətində bəşər övladının xislətində gedən
iblisləşmə prosesinin bədii ifadəsi. İblisin son monoloqunda
insanın keçdiyi yola, qazandığı xislətə fəlsəfi baxış. “Ya hər kəsə
xain olan insan nədir?- İblis!..” misrasında ifadə olunan bədii
həqiqətlər.
Cavidin sovet dövrü yaradıcılığı haqqında.
Dostları ilə paylaş: