Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


gələcəkdə insanın psixiki və əqli yüksəlişinin



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə628/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   624   625   626   627   628   629   630   631   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

gələcəkdə insanın psixiki və əqli yüksəlişinin 
imkanlarının sonu çatacağı haqqında baxışlar əsassızdır
. Təhsil və 
tərbiyə sisteminin düzgün təşkil ediləcəyi şəraitdə bir tərəfdən insan bey-
ninin nəhəng miqdarda informasiya tutumu qabiliyyəti (insan hafizəsi 10 
milyard bit informasiyanı əhatə edə bilir) səmərəli istifadə olunur, digər 
tərəfdən isə onun əqli fəaliyyətini faktiki olaraq hüdudsuz edən texniki 
vasitələr köməyə gəlir. 
Bəşəriyyətin inkişaf tarixi sübut edir ki, hər bir dövrdə gələcək 
özbaşına meydana gəlmir, insanların şüurlu praktiki fəaliyyəti ilə yaradılır. 
Hər bir nəsil özündən sonrakı nəslin yaşaması və inkişafı üçün təməl 
yaradır. Bu proses asan və rəvan yolla getmir, öz yolunda bir çox təbii və 
sosial xarakterli maneələri dəf etməli olur. Eynilə də müasir şəraitdə sosial 
tərəqqi bir- birinə əks olan müxtəlif meyllərin, istiqamətlərin mübarizəsi, 
qrup və milli mənafelərin toqquşması nəticəsi kimi çıxış edir. Lakin dünya 
miqyasında əksliklərin bir- birinə qarşı durması səviyyəsi eyni deyildir. 
Bu mənada hazırda bir çox ziddiyyətli meyllər vardır ki, onlar uzun 
müddət yanaşı mövcud ola bilir, çünki onların fəaliyyəti biri digərini istis-
na etmir. Müasir dövrdə geniş şəkildə özünü göstərən milli münasibətlər 
sahəsində bir- birinin əksi olan iki meyl, bir tərəfdən xalqların öz 
müqəddəratını təyin etmək, milli müstəqillik və suverenlik uğrunda 
mübarizəsi, digər tərəfdən isə milli qapalılığın aradan çıxması, millətlər 
arasında müxtəlif sahələrdə ünsiyyətin genişlənməsi və beynəlmilləşmə 
meyli buna misal ola bilər.
Müasir tarixi prosesin aparıcı meylləri aşağıdakılardır
: nüvə 
təhlükəsindən azad dinc dünya uğrunda mübarizə aparan qüvvələrin 
çoxalması; xalq kütlələrinin getdikcə daha geniş təbəqələrinin rolunun 
artması; həyatın müxtəlif sahələrində demokratikləşmənin dərinləşməsi; 
beynəlxalq münasibətlərin bütün tərəflərinin beynəlmilləşməsi; insan ami-
linin rolunun artması; şəxsiyyət azadlığının və humanist dəyərlərin 
miqyasının genişlənməsi; sosial ədalətə doğru inkişaf; bəşəriyyətin elmi- 


582 
texniki imkanlarının sürətlə genişlənməsi və onlardan humanist məqsədlər 
üçün istifadə edilməsinin artması; insan ilə təbiətin qarşılıqlı 
münasibətlərində ahəngdarlığın çoxalması. 
Bəşəriyyətin gələcəyi məhz bu meyllərin aparıcı rol oynaması 
şəraitində yaradılmaqdadır. Tarixi perspektivdə bu meyllər daha dolğun 
fəaliyyət göstərəcəkdir. Çünki gələcəkdə bir tərəfdən indi özünü göstərən 
mütərəqqi meyllərin reallaşması üçün daha əlverişli şərait yaranacaq, digər 
tərəfdən isə gələcəkdə indi bəlli olmayan, bir sıra yeni imkanlar 
yaranacaqdır. Əlbəttə keçmişdə olduğu kimi gələcəkdə də ola bilər ki, real 
imkanların ən çox ehtimal olunanları heç də həmişə öz təcəssümünü 
tapmasın. Çox şey real şəraitdən, insanların şüurlu və aktiv fəaliyyətindən 
asılı olacaqdır. Sosial proqnozlaşdırmanın humanist məqsəd gələcəyi elmi 
surətdə irəlicədən görməklə, baş verə biləcək arzu olunmaz nəticələri
çətinlik və əyintiləri vaxtında aşkar etmək, beləliklə də sosial tərəqqini 
sürətləndirməyə yönələn şüurlu fəaliyyətə düzgün istiqamət vermək 
məqsədi güdür. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   624   625   626   627   628   629   630   631   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin