Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


rasionalizm ilə sensualizmi birləşdirməyə



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə80/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

rasionalizm ilə sensualizmi birləşdirməyə 


68 
çalışırdılar
. Onlar biliyin duyğular ilə başlandığını söyləyəndə təbiətçilərə 
(naturfəlsəfəyə) yaxınlaşırdılar. Lakin idrakda duyğuların aldadıla bildiyi-
ni iddia edəndə isə skeptisizmə yuvarlanırdılar. Bu tə‟limə görə həqiqəti 
yalnız ruhun təmizlənməsi yolu ilə əldə etmək mümkündür. 
Beləliklə də 
onun nümayəndələri mistisizmə yol verirdilər. 
Islam ensiklopedistləri adlandırılan Səfa qardaşları elmlərin 
təsnifatını vermişdilər
: 1) Məntiq və riyazi elmlər; 2) Təbiət elmləri: as-
tronomiya və fizika; 3) Zehni elmlər- psixologiya; 4) Insanda metafizik 
(mə‟nəvi) prinsipləri təzahür etdirən kəlam və tövhid (təkallahlılıq); 5) 
Bütün elmlərin başlıca hədəfi və Ihvani- Səfa fəlsəfəsinin mayası olan 
əxlaq elmi. 
Ihvani- Səfa tərəfdarlarının fikrincə bütün varlıqlar bir varlıqdan 
(Allahdan) yaranır və dünyanın axırında yenə də həmin ilkin varlığa 
qayıdırlar. Mövcud olan şeylərin hamısı öz nurunu ilahidən alır. Onlar 
insan ruhunun əbədiliyinə inanırdılar. Insan ruhu zəkaya doğru yüksələ 
bilir. Heyvanda da ruh vardır. O insan ruhuna keçə bilir. Bu tə‟lim 
təbiətdəki dəyişiklikləri qəbul edirdi. Göstərirdi ki, bunlar təkamül yolu ilə 
baş verir. 
Cansızlar ilə bitkilər, heyvanlar ilə insanlar arasında 
əlaqələr vardır, bunların bir- birinə keçməsi də mümkündür. 
2. Şərq peripatetizmi 
Peripatetizm 
(fikri gəzişərək izah etmək) orta əsrlərdə Şərq fəlsəfi 
fikrinin mərkəzini təşkil etmişdir. Özündə bir sıra dünyəvi elmləri əhatə 
edən bu tə‟lim müsəlman ölkələrində, o cümlədən də Azərbaycanda böyük 
inkişaf yolu keçmişdir. Şərq peripatetizmi antik fəlsəfənin (Platon və Aris-
totelin) güclü tə‟siri altında yaranmışdır. Onun banilərindən biri «ərəb fi-
losofu» ləqəbi ilə 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin