127
Mimika
Görmək və duymaq sevinci
təbiətin ən böyük töhfəsidir
.
Albert Eynşteyn
Çox vacib sayılan kinestik qeyri-verbal
ünsiyyət vasitəsi olan mimika haqqında ayrıca danıĢmağa
ehtiyac var. Çünki ən dahi insanların da
«ürəyi qapalı, üzləri
isə açıq»
olur.
QarĢıdakı adamı bu və digər dərəcədə «gözündən oxuya»
bilmək qabiliyyəti hər birimizdə var. Odur ki,
ünsiyyət prose-
sində söhbətdaĢımızın (müsahibimizin) üzünə baxmaq, eləcə
də onun bizim gözümüzə baxması mühüm əhəmiyyətlidir.
Dilimizdə mütəmadi iĢlənən «ürəyini üzdən oxumaq», «gözdən
oxumaq» ifadələri də dediklərimizin
bir həqiqət olduğuna
iĢarədir. Mimik planda gözlərin vəziyyəti daha çox diqqət çəkir.
Gözlə ünsiyyət, sirr deyil ki, qəlbin ünsiyyətidir.
DanıĢanın düz, yaxud yalan danıĢdığını «Gözümün içinə
düz bax» təkidi ilə aydınlaĢdırmağa çalıĢırıq. SöhbətdaĢımız
ünsiyyət prosesində nəzərlərini qaçırdıqda narahatlıq keçiririk,
hətta özümüzü bir qədər də təhqir olunmuĢ bilirik. Belə olduqda
qarĢı tərəf «Qulağım səndədir» cavabıyla vəziyyətdən çıxmağa,
incikliyin qarĢısını almağa çalıĢır. BaxıĢlar
ünsiyyətdə sinxron
iĢtirak edir. Bu hər iki tərəfin baxıĢlarının kommunikativliyi ilə
izah olunur. Lakin ola bilər ki, bu səviyyə danıĢanla dinləyəndə
fərqli olsun. MüĢahidələr göstərir ki, ünsiyyət aktının
iĢtirakçılarının bir-birini üzünə baxması bir sıra
qanunauyğun-
luqlarla müĢayiət olunur. DanıĢan, bir qayda olaraq, dinləyənə
az baxır, nəzərləri və baxıĢları yayğın olur.
Belə nəticə çıxarmalıyıq ki, danıĢan
daha çox nitqin
məzmunu (sözləri seçmək və calaĢdırmaq) üzərində düĢünür.
Lakin bu vəziyyət uzunmüddətli ola bilməz. Xüsusilə kommu-
nikativ tənzimləmə məqamları (müəllim mühazirə oxuduğu vaxt,
danıĢıqlar aparılarkən və s.) baxıĢların iĢtirakını tələb edir.
Çünki baxıĢlarda xəbərdarlıq (bunu informasiya tutumu kimi də
128
qəbul etmək olar) effekti çox güclüdür. Adresant hər dəfə fikrini
tamamlamaq istədikdə, yeni fikrin izahına baĢladıqda adresatın
üzünə baxır, sanki onun dinləməyə hazır olub-olmadığını təftiĢ
edir.
Ola bilsin ki, bu vəziyyətdə adresant sözü adresata vermək
istəyini ifadə etsin. Bu tipli siqnalların əsl mənası yalnız ünsiyyət
aktının iĢtirakçılarına bəlli olur. Çünki kommunikativ əlaqənin
qurulması və nəzarətdə saxlanılması tərəflərin payına düĢür və
məqam
sosial rol, sosial status və s. anlayıĢların təsirindən
kənar təsəvvürə gətirilə bilməz.
Bir halda ki, bizim məqsədimiz
nitq mədəniyyəti və etiket
problemlərinin diplomatik fəaliyyət sferası ilə bağlı məqbul və
qeyri-
məqbul cəhətlərini araĢdırmaq və müvafiq tövsiyələr
verməkdir, onda üz-üzə, göz-gözə danıĢan zaman diplomatların
davranıĢ tərzinə də toxunmalıyıq.
Qeyd edək ki, diplomatik
danıĢıqlar stolu arxasında status vəziyyətləri əksər hallarda
bərabər sayılır. Bununla belə bir neçə
incəliyə bələdlik tələb
olunur.
Dostları ilə paylaş: