Dərs vəsaiti Ə. X. Calallı "Azərişıq" asc nin Tədris Mərkəzinin müdavimləri üçün nəzərdə tutulub



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə24/41
tarix14.12.2023
ölçüsü5,46 Mb.
#176734
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   41
myinmhafizsinson-221029155608-dad1fc30

5.6.1 Kəllənin zədələnməsi
TƏDRİS MƏRKƏZİ 


54
Onurğa sütununun travmaları və sınıqları zamanı xəsarət alanın hərəkəti zamanı kəskin
ağrılar, bədən səthində qançırlar və şişkinliklər qeyd olunur.
Sınıq nahiyəsində keyimə, aşağı ətraflarda hərəkətsizlik, qeyri-iradi sidik ifrazının olması
onurğa beyinin zədələnməsinə dəlalət edir. İlk yardım böyük ehtiyatla göstərilməlidir.
Xəsarət alanın təxliyəsi sərt xərəkdə, üzü üstə uzanmış, başı və sinəsinin altına paltar
qoyulmuş vəziyyətdə yerinə yetirilməlidir.
Boyun fəqərələri zədələnərsə, boyun və baş, yan tərəflərə yumşaq yastıqca qoyulmaqla,
təsbit edilməlidir.
5.6.2 Onurğa sütununun zədələnmələri zamanı ilk yardım
6
5.6.3 Çanaq sümüklərinin sınıqları zamanı ilk yardım
Çanaq zədələrində ayaqların vəziyyətini dəyişərkən sınıq nahiyəsində kəskin ağrılar
əmələ gəlir. Gövdənin yan tərəflərinə və qasıq nahiyəsinə yüngül təzyiq zamanı ağrıların
artması və çanağın deformasiyası bu zədələr üçün xarakterikdir. Xəsarət alan ehtiyatla sərt
xərək üstünə uzadılmalı və aşağı ətraflar bintlə təsbit edilməlidir
5.6.4 Qarın zədələnmələri zamanı ilk yardım
Bu qəbildən olan travma və zədələr qarında şiddətli ağrılar yaradır. Əllə
toxunduqda qarın əzələləri bərk olur (taxtavari qarın). Xəsarət alanın dərisinin rəngi
avazımış, soyuq tərlə örtülmüş, ayaqları dizdən bükülərək qarına sıxılmış, hərəkətsiz
halda uzanmış vəziyyətdə olur.
Qarının dəlib keçən yaraları zamanı bağırsaqların yara dəliyindən xaricə
sallanması müşahidə oluna bilər. Onları içəri salmağa cəhd eləmək məsləhət görülmür.
Qarının qapalı travmaları zamanı soyuq qoymaq tövsiyə olunur. Bu xəstələrə su
içmək qadağandır.


55
5.6.5 Aşağı və yuxarı ətrafların sınıqları zamanı ilk yardım
Ətrafların sınıqları açıq və qapalı olur. Sınıq nahiyəsində şişkinlik, qançır, qeyri-adi hərəkət, deformasiya, ətrafların
qısalması və hərəkət məhdudluğu qeyd olunur. Açıq sınıqları yaradan sümüklərin ucu görünür. Açıq sınıqlarda qanaxmanı
saxlamaq və yaraya steril sarğı qoymaq lazımdır. Bütün sınıqlar mütləq qaydada təsbit olunmalıdır. İmmobilizasiya zamanı
aşağıdakı qaydalara riayət edilməlidir:
Sınıqlar zamanı şinlərin qoyulması
1. Şin iki oynağı (bud sınıqlarında-üç oynağı) təsbit 
etməlidir.
2. Şin, sınıq nahiyəsinin formasını dəyişməmək şərti ilə,
bədənə uyğunlaşdırılmalıdır.
3. Şin paltarın və ya ayaqqabının üstündən təsbit
edilməlidir.
4. Şini sümük çıxan nahiyədən qoymaq olmaz.
5.7. Çıxıqlar
İlk yardım zədələnmiş ətrafın bir vəziyyətdə bərkidilməsi,
şin ilə bağlanmasıdır. Müalicə xəstənin uzanmış vəziyyətində
aparılır. Xəstəni narahat edən əlamətlərin aradan qaldırılması
istiqamətində ilk yardım göstərilir və tez həkimə çatdırılır.
Müalicədə sınmış sümüklər və oynaq sümükləri düzəldilir
və gips sarğısı qoyulur. 2-3 həftəyə patoloji sahə və sarğı açılır.
Buz qoymaq
Sarğı qoymaq
Çıxıq yıxılma və zərbə nəticəsində oynaqlarda sümüklərin yerini dəyişməsinə deyilir. Çıxıqlar iki cür - tam və natamam
(burxulma) olur. Çıxıqlar zamanı oynaqlarda sümüklər yerini dəyişdikdə bağlar, vətərlər gərilir, oynaq pərdəsi yırtılır, bəzəndə
damar və sinirlər zədələnir. Çıxıqların əlamətləri aşağıdakılardır: ətrafın fərqli vəziyyət alması, görünüşünün dəyişilməsi, hərəkətin
azalması, uzunluğunun dəyişilməsi, hərəkət zamanı oynaqda ağrı, şişmə, qızartı və s.

Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin