Dərs vəsaiti Ə. X. Calallı "Azərişıq" asc nin Tədris Mərkəzinin müdavimləri üçün nəzərdə tutulub



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə22/41
tarix14.12.2023
ölçüsü5,46 Mb.
#176734
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   41
myinmhafizsinson-221029155608-dad1fc30

Qapalı yaralanmalar
dəri səthi açılmadan dərı altında yerləşən toxumaların zədələnməsı və qanaxması ilə xarakterızə olunur.
Qapalı yaralanmalarda ilk yardım.
Yara olan nahiyə üçün sakitləşdirmə soyuq saxlama və yüksəkdə tutmaqla təmin
olunmalıdır. Dəsmal arasına buz torbası qoyub yara nahiyəsinə yerləşdirməklə qanama azaldılır. Bir neçə saat sonra yaralı
hissə ilıq su ilə isladılmış dəsmalla sarınmalıdır.
Acıq yaralanmalar
dəri tamlığının pozulması ilə nətıcələnən yaralanmalardır.
Sıyrıntı
dərinin sərt bir yerə sürtülməsi nəticəsində
əmələ
gəlir. Yaradan qan sıza bilər. Ağrı verə bilir.
Antiseptiklə silinməlidir. Təmiz və quru tutularsa asanlıqla sağalır.
Kəsiklər
kəsici alətlərlə zədələnmə zamanı meydana gələn yaralardır.Belə yara dəri altındakı toxumanı, qan damarını, siniri
zədələyə bilər. Bele yaralarla qarşılaşdıqda kəsik ətrafı antiseptiklə silinir, yara ağzı uc-uca gətirilir, üzəri tənziflə sarınır. Yaralı
xəstəxanaya çatdırılır.
Qopmalar
dərinin bir parçasının ya tamamən qopması , ya da bir qismi ilə bağlı qalmasıdır. Adətən çox qanama olur. Bu
vəziyyətdə qopmuş dəri öz yerinə yerləşdirilməli , üzərinə steril sarğı qoyulmalı və tez bir zamanda ən yaxın xəstəxanaya
çatdırılımalıdır.
Deşilmə
kəsici - deşici alətlərlə meydana çıxan yaralanmalardır.Yara girişi kiçik, dərinliyi çox olduğundan xaricə qanaxma az,
zədə dərəcəsi çox olur. Belə yaralanma sinə və qarında olarsa ölümcül ola bilər.


52
Açıq yaralanmalarda ilk yardım
Açıq yaralanmalarda ilk yardım aşağıdakı qayda üzrə edilməlidir:
- əvvəlcə qanaxma dayandırılmalıdır;
-yaranın çirklənməsinin qarşısını almaq üçün təmiz tənziflə örtülməlidir. Əgər yara çox çirklənibsə təmiz su ilə yuyulmalıdır;
-yaralı bölgənin hərəkəti dayandırılmalıdır;
-yaraya çirkli-paslı metal, torpaq təmas edibsə tetanus vaksinasiyası vacibdir;
-yarada yad cism varsa onu çıxarmağa çalışmaq lazım deyil. Cismi yarada tərpətməmək şərti ilə bintləmək və yaralını
xəstəxanaya catdırmaq lazımdır.

Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin