Dərs vəsaiti Ə. X. Calallı "Azərişıq" asc nin Tədris Mərkəzinin müdavimləri üçün nəzərdə tutulub



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə30/41
tarix14.12.2023
ölçüsü5,46 Mb.
#176734
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   41
myinmhafizsinson-221029155608-dad1fc30

Bunları etmək olmaz
5.10.Günvurma və isti vurma zamanı ilk yardım 
Günvurma – günəş şüalarının uzun müddət ərzində orqanizmə təsiri nəticəsində baş verir. Günvurma əksər hallarda, başı
açıq şəkildə xeyli müddət ərzində gün altında qaldıqda baş verir.
Belə hallarda gün şüalarının təsiri nəticəsində baş beyinə qan axını artır və beyinin qan dövranı pozulur. Bu zaman zərərçəkəndə
zəiflik, ürəkbulanma, başgicəllənmə, güclü baş ağrıları, qulaqlarda küy, təngnəfəslik, nəbzin tezləşməsi, üşütmə, ürək bulanması
və qusma, temperaturun 40
0
C və daha artıq dərəcəyə yüksəlməsi kimi əlamətlər qeyd edlir.
63
TƏDRİS MƏRKƏZİ 


Ağır hallarda qıcolmalar və
huşun itirilməsi də ola bilər. Bəzi
hallarda
bu
əlamətlər dərhal, bəzi
hallarda
isə
açıq
günəş
altında
qaldıqdan bir neçə saat sonra evə
gəldikdə baş verir.
Günvurmanın
ilkin
əlamətləri
qeyd edilən kimi zərərçəkəni kölgəyə
və ya sərin otağa aparmaq, onu sıxan
paltarları
çıxarmaq,
yarıoturaq
vəziyyətdə uzatmaq lazımdır (başı
bədənindən yuxarıda olmalıdır!).
Zərərçəkənə soyuq su verilməli,
üzü və sinəsi soyuq su ilə silinməlidir.
Başına, boynunun
yan
tərəflərinə,
qoltuqaltı və qasıq nahiyələrinə (iri
damarlar keçən yerlər) buz və ya,
64
bu mümkün olmadıqda soyuq su ilə kompress qoyulmalıdır. Bu zaman əl və ayaqlara xardal kağızı da qoymaq olar. Daha bir
üsulda zərərçəkənin paltarları soyundurulmalı, o, soyuq suda isladılmış parçaya bükülməli, başına buz qoyulmalıdır.
Zərərçəkənin temperaturu normaya çatdıqda o, quru parçaya və ya dəsmala bükülməlidir.
5.11. Dəm qazından zəhərlənmə zamanı ilk yardım
Mütəxəsislər bildirirlər ki, dəm qazı qanda hemoqlabinlə tez qarışır və bu zaman toxumaların hüceyrələrinə oksigen
daşınmır. Oksigen qıtlığı nəticəsində huş itirilir. Dəm qazından zəhərlənən insanın ilkin olaraq mühitini dəyişmək, yəni havanı
təmizləmək lazımdır. Üstünü bükmək lazımdır, çünki bədənin hərarəti düşür.
Əgər insanın huşu üstündədirsə, qızdırıcı içki, çay vermək lazımdır. Huşu özündə deyilsə, başını sağa-sola çevirib, ağız
boşluğundakı seliyi təmizləmək lazımdır.


Zərərçəkmişə pambıq vasitəsilə naşatır spirti iylətmək, bütün bədəni aktiv hərəkətlə ovuşdurmaq lazımdır. İlkin
olaraq şirin çaya limon qatılıb verilə də bilər. Eyni zamanda təcili tibbi yardıma xəbər etmək lazımdır.
Hələlik bu qədər… Unutmayaq ki, bir gün insan həyatı, canı bizə əmanət oluna bilər…

Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin