Nizamidə azərbaycançılıq
«Təzim kitabəsi» hissəsində isə belə deyir:
Xoşbəxtdir cavanlıq mülkü səninlə
Əlinlə bərkimiş bu aləm belə
Dəmir qılıncınla dünyanı aldın
Qızıl camla Cəmşid yerində qaldın.
Dəmirin gücüylə dövlət yığaraq
Yığdığın dövləti kefə qoy ancaq.
Bu dünya fanidir, qalma eşyindən
Bu mənim fikrimdir, özün bilərsən.
X-Ş, 2004,41.
Nizami çox böyük ustalıqla ictimai fikri təriflədiyi
ixtiyar sahibinə çatdınr. Çatdırır ki, qoy düşünsün, xalqı
düşünsün. O xalqı ki, ehtiyac içindədir. Gündəlik ruzisini əldə
etməkdə zülmlər çəkir. Əldə etdiyini də şahın məmurlan
onun kefi, eyşi üçün əllərindən alır. Bu əzab çəkən əhali kim
olardı? Birinci növbədə, ixtiyarı, hüquq və azadlıqları ayaqlar
altında tapdanan Azərbaycan cəmiyyəti. Ağalar cəmiyyətin
qanmı sorurdu, Nizami isə onları sığallaya-sığallaya bu ağala
rın ziddbəşər əməllərini Azərbaycan cəmiyyəti adından gələ
cək nəsillərə ötürürdü.
«Leyli və Məcnun»da Axsitan barədəki tərifdə deyilir:
Sən şahlıq taxtının şahsuvansan
Qaranın və ağın hökmdarısan
Tac sahiblərinin başçısısan sən
Şahlar ordusunun sərkərdəsisən
Ey şahlar içində mütləq olan şah!
Ey dünya xaqanı, böyük padşah!
Şöhrətin tutmuşdur bütün mahalı
Dinin və dövlətin sənsən çalalı.
L-M, 2004, 38.
Sonrakı misralarda isə onun israfçılığından, xalqın malı
nı və sərvətini eşy-işrətə səpələnməsindən, ancaq milçəyi be-
65
|