Tofiq Köçərli - 16 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Aprelin 21-də ABŞ-da olan erməni partiyaları yeni bir bəyanat yaydılar. Đddia
etdilər ki, 1915-ci ildə Türkiyə bir milyon yarım ermənini qətlə yetirmiş, qalan
erməniləri isə ölkədən sürgün etmişdir.
O zamanlar Türkiyədə nə qədər erməni olmuşdur?
Mesrop Q.Qriqoryanın fantastikasına görə, təkcə Anadoluda «üç milyon»
erməni olmuşdur.
Halbuki erməni patriarxatının məlumatına görə, 1912-ci ildə ümumiyyətlə
Osmanlı imperiyasında 2 milyon 100 min erməni yaşamışdır.
1977-ci ildə Londonda çap olunmuş «Osmanlı imperiyasının tarixi və müasir
Türkiyə» kitabında (ingiliscə) göstərilir ki, 1882-1914-cü illərdə Osmanlı
imperiyasında ermənilərin sayı 1 milyon 300 mindən çox olmamışdır.
ABŞ müəllifi Səmyuel A. Uimz həm imperiyada, həm də altı vilayətdə
ermənilərin ümumi sayı haqqında müxtəlif mənbələrin aşağıdakı məlumatlarını
təqdim etmişdir:
-Britaniya Xarici Đşlər Nazirliyinin Coğrafiya bölməsinin 1892-ci ildə yaydığı
məlumata görə, ermənilərin ən çox məskunlaşdığı altı vilayətdə (Ərzurum, Sivas,
Diyarbəkr, Harput,Van, Bitlis) 2.687 min müsəlman, 665 min erməni, 90 min
yunan olmuşdur;
- Osmanlı imperiyasında ermənilərin ümumi sayını isə mənbələr aşağıdakı
şəkildə göstərmişdir:
M. Zarçeşi, Fransanın Vandakı konsulu